Icma.az
close
up
RU
BMU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq müzakirə olunub

BMU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq müzakirə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 aprel, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Rektor Yaqub Piriyev qonaqlara BMU-nun maddi-texniki bazası barədə ətraflı məlumat verib. Bildirib ki, tədrisin 70 faizinin ingilis dilində aparıldığı universitetdə mühəndilslik ixtisasları üstünlük təşkil edir. Rektor bu ixtisaslara, xüsusən informasiya texnologiyaları sahəsinə gənclərin böyük marağını vurğulayaraq, ali məktəbə qəbul olan yüksək ballı tələbələrin sayındakı müsbət dinamikanı önə çəkib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamının universitetlər qarşısında bir sıra vəzifələr qoyduğunu deyən Yaqub Piriyev BMU-da süni intellekt üzrə mütəxəssislərin hazırlanması istiqamətində nəzərdə tutulan işlərə toxunub. Eyni zamanda, BMU ilə Koreyanın İNHA Universiteti arasında icra edilən ikili diplom proqramı üzrə müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirildiyi, habelə ötən həftə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramına dair yeni müqavilə imzalandığını nəzərə çatdırıb.

BMU tələbələrinin yerli və xarici startap yarışmalarında qazandığı uğurlardan da bəhs edən rektor agentliklə mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişafı ilə bağlı fikirlərinin bölüşüb.

İRİA sədri Fərid Osmanov öz növbəsində rəhbərlik etdiyi qurumun ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyəti və innovativ mühitin formalaşdırılması yönündə atdığı əhəmiyyətli addımlar haqqında danışıb. Agentliyin prioritetlərini sadalayan Fərid Osmanov innovasiya yönümlü elmi tədqiqatlara dəstək verilməsi, rəqəmsal hökumət və cəmiyyətin qurulması kimi vacib istiqamətlərdə nəzərdə tutulan layihələrə diqqət çəkib. Bəhs olunan sahələrdə peşəkar kadrların yetişdirilməsi zərurətini vurğulayan İRİA sədri yüksək kompetensiyalara malik mütəxəssislərin hazırlanması prosesinin universitetlərdən başladığını qeyd edib, agentliyin bu baxımdan ali məktəblərlə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib.

Səmərəli müzakirələrlə davam edən görüşdə elmlə sənayenin vəhdətini yaratmaq, ölkəmizin dayanıqlı inkişafı üçün innovativ məhsulllar ortaya qoymaq, bacarıqlı mühəndislərə olan ehtiyacı təmin etmək üçün agentliklə BMU-nun görə biləcəyi mümkün işlər, hazırlayacağı birgə layihələr nəzərdən keçirilib.

Sonda qonaqlar BMU-nun Kibertəhlükəsizlik, Kimya, Mexanika və digər laboratoriyaları, həmçinin Texnoparkda universitet tələbələrinin startapları ilə yaxından tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri