Icma.az
close
up
RU
BMU İNHA İDP yə qəbul üçün daxili imtahanlar keçirilib

BMU İNHA İDP yə qəbul üçün daxili imtahanlar keçirilib

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə ali təhsilin bakalavriat səviyyəsində qəbul üçün daxili imtahanlar keçirilib.

Universitetdən Modern.az-a bildirilib ki, BMU və İNHA Universitetinin birgə gerçəkləşdirdiyi daxili imtahanlar 2 hissədən ibarət təşkil olunub və ümumilikdə 2 saat müddətində (riyaziyyat, fizika fənləri üzrə 1 saat, ingilis dili üzrə 1 saat) davam edib. Riyaziyyat fənni üzrə 12, fizika üzrə 8, ingilis dili üzrə isə (dinləmə daxil) 30 test sualı ayrılıb.

İmtahanların şəffaf, obyektiv və qərəzsiz keçirilməsinin təmin olunması məqsədilə hərtərəfli şərait yaradılıb. İmtahan prosesinə İNHA Universitetinin 9 nəfərdən ibarət nümayəndə heyəti ilə yanaşı, BMU-nun 10-a yaxın əməkdaşı cəlb edilib. İmtahanların gedişatına BMU-nun rektoru Yaqub Piriyev, BMU-İNHA İDP-nin rəhbər heyəti baxış keçiriblər.

Tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramına bu il üçün 100 nəfərin (hər ixtisas üzrə 25 nəfər) qəbulu planlaşdırılıb. BMU-İNHA İDP-yə daxili qəbul imtahanında iştirak məqsədilə 350-dən çox abituriyent qeydiyyatdan keçib. İştirakını təsdiqləyərək imtahana qatılanların 181 nəfəri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarından 500-dən çox bal toplayan tələbələr olub. Onlardan 39 nəfəri 600-700, 142 nəfəri 500-600, 99 nəfəri isə 400-500 bal aralığında nəticə göstərib.

Daxili imtahanların nəticələrinin 15 avqust 2025-ci il tarixində açıqlanması planlaşdırılır.

3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılır.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək DİM-də rəsmi olaraq qeydiyyata alınır. Qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri