Icma.az
close
up
RU
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunu Mərvin Mirzəliyev Çin Hökuməti Təqaüdü-Hökumətlərarası Proqram (CGS) çərçivəsində tam təqaüdlə Şanxay Universitetinə qəbul olub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, o, Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan universitetin “Beynəlxalq biznes” magistr proqramında təhsil almaq hüququ əldə edib.

BMU-da bakalavr təhsilini 2024-cü ildə ixtisas birincisi kimi tamamlayan Mərvin Mirzəliyev ali məktəbdə oxuduğu müddətdə elmi və ictimai fəaliyyətləri ilə fərqlənib. O, Azərbaycan Layihə İdarəetmə Assosiasiyasının təqdim etdiyi IPMA Level D beynəlxalq sertifikatına layiq görülüb.

BMU məzunu III beynəlxalq elmi-praktik, eləcə də VII gənc tədqiqatçıların beynəlxalq elmi konfranslarında məqalələrlə çıxış edib. Startap və innovasiya sahəsində də aktiv fəaliyyət göstərən Mərvin Mirzəliyev SABAH.HUB İnnovasiya Mərkəzində HR optimizasiya proqramı layihəsinin iştirakçısı olub, habelə “Gələcəyin bacarıqları” layihəsində “SmartZont” startapı ilə 169 komanda arasından finala yüksəlib. O, həmçinin müxtəlif beynəlxalq tədbirlərdə - COP29, Formula 1 Azərbaycan Qran Prisi, FIG-Bədii Gimnastika və Trampolin Gimnastikası üzrə Dünya Kuboku, İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransında könüllü kimi təşkilati dəstək göstərib.

Azərbaycan, rus, ingilis, türk və Çin dillərində sərbəst danışa bilən BMU məzunu beynəlxalq təhsilə doğru mühüm addım atmaqla ölkəmizin gəncliyini qürurla təmsil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri