Icma.az
close
up
RU
BMU məzunu təhsilini Edinburqda davam etdirəcək

BMU məzunu təhsilini Edinburqda davam etdirəcək

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Fatimeyi Zəhra Seyfiyeva 2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Modern.az xəbər verir ki, o, Böyük Britaniyanın Edinburq Universitetində “Bioanalitik kimya” ixtisası üzrə doktorantura təhsili alacaq. 

Fatimeyi Zəhra Seyfiyeva BMU-da kimya sahəsi üzrə ingilis dilində təhsil alıb. Universiteti müvəffəqiyyətlə bitirən məzun dünyanın 7 nüfuzlu universitetinin magistr proqramlarına qəbul olub. O, Dövlət Proqramı çərçivəsində Edinburq Universitetində magistratura təhsili alıb və hazırda təhsilini başa vurmaq üzrədir. 

Magistratura təhsili ilə yanaşı, Edinburq Universiteti nəzdində Regenerasiya və Bərpa İnstitutunda (Institute for Regeneration and Repair (IRR)) üç aylıq tədqiqat proqramında iştirak edir. Burada Parkinson xəstəliyinin erkən diaqnostikası üçün nanoelektrod əsaslı biosensorların hazırlanması istiqamətində elmi tədqiqatlar aparır. Əsas məqsədi doktorantura təhsili dövründə magistratura mərhələsində üzərində çalışdığı nanoelektrodların dizaynı və səth modifikasiyası istiqamətində apardığı tədqiqatları daha da inkişaf etdirməkdir. 

BMU məzunu bildirib ki, məqsədi parkinson xəstəliyinin erkən diaqnostikasında istifadə oluna biləcək nanoelektrod əsaslı biosensor platformalarının hazırlanması və onların canlı hüceyrələrdə tətbiqinin araşdırılmasıdır. “Tədqiqatlarımız uğurlu nəticələr verərsə, bu texnologiyanın digər xəstəliklərin, o cümlədən xərçənglə bağlı araşdırmalarda da tətbiqini genişləndirməyi planlaşdırırıq. Eyni zamanda, elmi rəhbərimlə birlikdə gələcəkdə geyinilə bilən (wearable) biosensorların hazırlanması istiqamətində də tədqiqatlar aparmağı hədəfləyirik”, - deyə o qeyd edib. 

Fatimeyi Zəhra Seyfiyeva doktoranturanı başa vurduqdan sonra xaricdə qazandığı bilik və təcrübəni Azərbaycana gətirərək ölkəmizdə bu sahənin inkişafına töhfə vermək istədiyini deyib: “Mənim bu sahəyə yönəlməyimdə və akademik inkişafımda Bakı Mühəndislik Universitetinin böyük rolu olub. Gələcəkdə universitetdə həm elmi-tədqiqat, həm də tədris fəaliyyətində iştirak etməyi, qazandığım bilik və təcrübəni bu sahəyə maraq göstərən gənclərlə bölüşməyi arzulayıram. Bununla yanaşı, universitetimizin müəllimləri və digər tədqiqatçılarla birlikdə layihələr həyata keçirməyi, yeni əməkdaşlıqlar qurmağı və ölkəmizdə biosensorlar sahəsinin inkişafına öz töhfəmi verməyi qarşıma məqsəd qoymuşam. Mənə göstərilən etimadı doğrultmaq, öyrəndiklərimi faydalı nəticələrə çevirmək və gələcəkdə Azərbaycan elminə dəyər qatmaq ən böyük hədəflərimdəndir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri