BMU nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının “MetaWay” təşkilatı ilə əməkdaşlığı çərçivəsində dilçilik mövzusunda onlayn vebinar təşkil olunub.
Tədbir akademik mübadilə, strukturlaşdırılmış elmi müzakirə və gələcək birgə tədqiqat əməkdaşlıqlarının təşviqi məqsədilə keçirilib. Beynəlxalq elmi platformada müxtəlif ölkələrdən tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.
BMU-dan AZƏRTAC-a bildirilib ki, vebinar çərçivəsində dilçilik və əlaqəli sahələr üzrə akademik məruzələr təqdim olunub. Çıxış edənlər öz elmi maraq dairələri, akademik profilləri və davam edən birgə tədqiqatları barədə məlumat veriblər. Məruzəçilər, həmçinin həmmüəllifli elmi nəşrlərin hazırlanmasına dair təkliflərini səsləndiriblər.
Vebinar səmərəli qarşılıqlı elmi əlaqənin genişlənməsinə və beynəlxalq tədqiqat şəbəkələrinin gücləndirilməsinə töhfə verib. Tədbirin akademik nəşrə dəstək tərəfdaşı “Linguiverse” beynəlxalq elmi jurnalı olub. “Linguiverse”, eyni zamanda, gələcək birgə tədqiqat nəticələrinin dərc olunması üçün potensial nəşr platforması kimi təqdim edilib.
Beynəlxalq əməkdaşlığın davamı olaraq gələcəkdə birgə akademik təşəbbüslərin və tədqiqat yönümlü tədbirlərin təşkili planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 06 Fevral 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















