Icma.az
close
up
RU
BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib AZƏRTAC

BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xırdalan, 19 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb.

Bakı Mühəndislik Universiteti (BMU) QS dayanıqlılıq reytinqində Azərbaycan universitetləri arasında dördüncü yerdə qərarlaşıb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə ölkəmizin 7 ali təhsil ocağı-Bakı Dövlət Universiteti (941-950), Azərbaycan Dövlət İqtisad Universiteti (1081-1100), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) daxil olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-nin (Quacquarelli Symonds) təşkilatçılığı ilə keçirilən tədbirdə reytinqdə uğur qazanan BMU-nun rektoru Yaqub Piriyevə “Dünya Universiteti Reytinqi: Dayanıqlılıq reytinqi 2025” sertifikatı təqdim olunub.

Qeyd edək ki, BMU son illərdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıb, ətraf mühit strategiyası üzrə mühüm addımlar atıb. Universitet “Enerji səmərəliliyi”, “Dayanıqlı nəqliyyat sistemi”, “Tullantıların azaldılması və təkrar emalı”, “Dayanıqlı qida sistemlərinə keçid” və s. istiqamətlər üzrə bir sıra tədbirlər reallaşdıraraq qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərin aradan qaldırılmasına mühüm töhfələr verir, bərpaolunan enerji mənbələrinin istifadəsi üzrə tullantıların azaldılması, təkrar emalı üçün kampus daxilində tullantıların minimuma endirilməsi və çeşidlənməsini həyata keçirir. Ali məktəbin ərazisində günəş panelləri, külək turbinləri quraşdırılıb, habelə kampusda yaşıl sahələrin inkişaf etdirilməsi və qorunması istiqamətində məqsədyönlü işlər görülür. BMU-nun “QS dayanıqlılıq reytinqi 2025”də qazandığı mühüm nailiyyət bütün bu işlərin uğurlu nəticəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri