BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin təmsil olunduğu komanda “Qarabağ Hakatonu 2026” yarışında birinci yeri tutublar.
Modern.az xəbər verir ki, komandada BMU-nun Mühəndislik fakültəsinin III kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Emil Salmanov və İnformasiya və kompüter texnologiyaları fakültəsinin II kurs tələbəsi Hörmüz Qurbanzadə yer alıblar.
“Rebuild Karabakh” sərgisi çərçivəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Qarabağ Hakatonu 2026” gənclərin innovativ düşüncə, texnoloji bilik və komanda işi bacarıqlarını nümayiş etdirmələri üçün platforma rolunu oynayıb. Yarış çərçivəsində iştirakçılar qarşıya qoyulan tapşırıqlar üzərində işləyərək problemlərə yaradıcı yanaşmalar əsasında həll yolları hazırlayıblar.
44 saat 44 dəqiqə 44 saniyə davam edən hakatonun əsas məqsədi innovasiya və rəqəmsal texnologiyalardan istifadə etməklə işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına töhfə vermək, müasir texnoloji həllərin tətbiqini təşviq etmək və gənclərin bu sahəyə marağını artırmaq olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Oktyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















