BMU tələbələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, YENİ Klub və Tələbə Elmi Cəmiyyətinin üzvləri, eləcə də ali məktəbin fəal tələbələri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.
Tələbələr Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinə dərin hörmətlərini ifadə ediblər. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu, şəhidlərimizin, Xocalı qurbanlarının qanının yerdə qalmadığı vurğulanıb. Milli yaddaşın yaşadılması, belə faciələrin heç zaman unudulmaması və gələcək nəsillərə ötürülməsinin hər bir gəncin mənəvi məsuliyyəti olduğu xüsusi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Fevral 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















