BMU tələbəsi “SmarTech I” müsabiqəsinin qalibi olub
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya” ixtisası üzrə III kurs tələbəsi Şəhla Məmmədova “SmarTech-I” - “Yaşıl və Ağıllı Gələcək Naminə İnnovasiyalar Müsabiqəsi”nin final mərhələsində I yerə layiq görülüb.
Modern.az xəbər verir ki, Şəhla Məmmədovanın ekoloji davamlılığın təmin edilməsi və tullantıların azaldılmasına yönəlmiş “VivaLina” startap ideyası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Şəxsi gigiyena məhsullarının ətraf mühitə təsirinin azaldılmasını hədəfləyən layihə innovativ və dayanıqlı həll yanaşması ilə seçilib.
Müsabiqə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxsinin təşkilatçılığı ilə gənclərin innovativ düşüncəsini, texnoloji bacarıqlarını və davamlı inkişaf sahəsində potensialını dəstəkləmək məqsədilə keçirilib.
Qeyd edək ki, BMU Texnoparkının rezidenti olan “VivaLina” startapı müxtəlif təlim və mentorluq proqramlarına qoşulmaqla inkişaf edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















