BMW 500 mindən çox avtomobili geri çağırır
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
BMW şirkəti yanğın təhlükəsi ilə əlaqədar dünya üzrə 500 mindən çox avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, yoxlamalar zamanı mühərriki işə salarkən starterdə həddindən artıq qızmaya səbəb ola biləcək potensial qısaqapanma müəyyən edilib.
Bu problem əsasən, BMW 2 seriyasından kupe modelində, 3, 4 və 5 seriyasının bir neçə variantında, 6 seriyasından “Gran Turismo” modelində, 7 seriyasından “Limousine” modelində, eləcə də, BMW X4, X5, X6 və Z4 modellərində aşkar edilib.
Hələlik şirkətdən rəsmi məlumat verilməsə də, geri çağırılmanın Almaniyada 28,6 minə yaxın avtomobili əhatə edəcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:BMW şirkəti 29 mindən çox avtomobili geri çağırır
14 İyul 2026 14:45
Volkswagen və Porsche 500 mindən çox avtomobili geri çağırır
07 Yanvar 2026 00:27
Ford 132 mindən çox avtomobili geri çağırır
25 İyun 2025 06:16
“Renault” 150 mindən çox avtomobili geri çağırır
11 Avqust 2025 18:07
Baxış sayı:141
Bu xəbər 11 Fevral 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















