BMW avtomobillərini modifikasiya edən şirkəti satır
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
BMW avtomobillərinin modifikasiyası ilə tanınan "AC Schnitzer" tüninq şirkəti yaz aylarında fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin şirkətin bu il yenidən fəaliyyətə başlaması gözlənilir. Rotterdamda yerləşən "AM Group" şirkəti "AC Schnitzer"i hazırkı sahibindən almağa hazır olduğunu bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub.
Açıqlamada bildirilir ki, "AM Group" avtomobillərin fərdiləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən şirkətləri birləşdirən yeni holdinqdir. Holdinqin tərkibindəki markalar artıq 30 ölkənin bazarında fəaliyyət göstərir və tanınır.
Alqı-satqı prosesinin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. "Evolve" və "Eventuri" şirkətlərinin ortaq təsisçisi İmran Ərşad "AC Schnitzer"in yeni rəhbəri olacaq.
O, şirkətin mühəndislərinin ənənəvi peşəkarlığını və təcrübəsini qorumaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
"AC Schnitzer"in yeni tərkibdə hansı layihələri həyata keçirəcəyi barədə hələlik rəsmi məlumat yoxdur.
Qeyri-rəsmi mənbələrin məlumatına görə, mütəxəssislər artıq "iX3" krossoveri də daxil olmaqla, bir neçə yeni BMW modeli üzərində işləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 03 Oktyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















