BMW dən radikal addım: 8 min nəfər işdən çıxarılır
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın avtomobil nəhəngi BMW böhrandan çıxış üçün radikal addımlar atmağa hazırlaşır.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, ilin əvvəlindən bu yana səhmləri 40%-dən çox dəyər itirən Münhen mərkəzli konsern xərcləri azaltmaq və idarəetməni sürətləndirmək məqsədilə genişmiqyaslı ixtisarlara başlayır.
Şirkətin açıqladığı yeni yol xəritəsinə əsasən, qlobal miqyasda 8 min əməkdaş işdən çıxarılacaq. Bu qərarla illik 1 milyard avro qənaət olunması hədəflənir. Bundan başqa, gələn ilin ortalarınadək şirkətdəki hər 5 şöbədən biri ləğv ediləcək və müvafiq rəhbər vəzifələr ixtisara düşəcək. Dominos pizza
BMW-nin böhranla üzləşməsinin əsas səbəbi dünyanın en böyük avtomobil bazarı olan Çindəki geriləmədir. Şirkət bu regionda strategiyasını köklü şəkildə dəyişir. Çində çatdırılma həcmi 626 min ədədə qədər düşən BMW bu bazarda kiçik və kompakt modellərin satışını tamamilə dayandırır.
Şirkət 2030-cu ilə qədər Çində satılan avtomobillərin 95%-dən çoxunu məhz bu ölkədə istehsal etməyi, həmçinin istehsal olunan modelləri İndoneziya və Tailand kimi Cənub-Şərqi Asiya ölkələrinə ixrac etməyi planlaşdırır.
Alman brendi 2028-ci ilə qədər avtomobil seqmentində mənfəət marjasını 3-5% səviyyəsinə çatdırmağı, 2030-cu ildən sonra isə 8-10% aralığına qayıtmağı hədəfləyir.
Eyni zamanda, BMW vahid qlobal model konsepsiyasından imtina edərək regional tələblərə uyğun istehsala keçir. ABŞ bazarı üçün yeni lüks SUV modeli təqdim olunacaq, Avropa bazarı üçün isə Leypsiq zavodunda “Neue Klasse” platformasında tam elektrikli kompakt model istehsal ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 02 Oktyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















