BMW sahiblərinin nəzərinə: Bu modellərdə yanğın riski var
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
BMW Almaniyada 189 130 avtomobili yanğın təhlükəsi səbəbindən geri çağırır.
Milli.Az xəbər verir ki, problem 2014-2020-ci illərdə istehsal olunan 3, 5 və 7 seriyalı bəzi avtomobillərdə aşkarlanıb.
Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatına görə, starter rölesinin nəmdən kifayət qədər qorunmaması onun kontaktlarında korroziyaya və qısaqapanmaya səbəb ola bilər. Bu isə yanğın riskini artırır.
Geri çağırılmaya müxtəlif nəsillərdən olan BMW 3, 5 və 7 seriyaları daxildir. Avtomobil sahiblərinə VIN kodu ilə nəqliyyat vasitələrinin kampaniyaya düşüb-düşmədiyini yoxlamaq tövsiyə olunur.
Problem aşkarlanarsa, BMW tərəfindən starter dəyişdiriləcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















