“Bmw”yə sayrışan işıq quraşdırıb polis maşınına oxşatdı DYP dən AÇIQLAMA VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü öz hərəkətini videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-HT-220 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin damına operativ nəqliyyat vasitələrinə məxsus göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, aparılan araşdırmalar nəticəsində yayılan videonun arxiv görüntüləri olduğu müəyyən edilib.Qeyd olunub ki, həmin nəqliyyat vasitəsi bu ilin 2 iyun tarixində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan çıxarılıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















