Boçorişvili: Bakı İrəvan sülh prosesi Cənubi Qafqazda sabitlik üçün əsas yaradır
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Ermənistan arasında sülh sazişi davamlı sülhün təmin olunması üçün mühüm təməl daşıdır və Cənubi Qafqazda uzunmüddətli sabitlik və inkişaf üçün möhkəm əsas yaradır.
Moderator.az Gürcüstan XİN-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının 32-ci iclasında bəyan edib.
"Gürcüstan sülh və regional əməkdaşlığa ardıcıl şəkildə töhfə verməyə davam edir və beynəlxalq hüququn qorunması, suverenliyin müdafiəsi, Cənubi Qafqazda, həmçinin ATƏT regionunda uzunmüddətli sülhün təmin olunması üçün bütün tərəfdaşlarla işləməyə hazırdır", – deyə o bildirib.
Nazirin sözlərinə görə, 8 avqustda Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları davamlı sülhün təmin olunması üçün möhkəm əsas yaradır və bütün regionun inkişafı üçün yeni imkanlar açır.
Baxış sayı:48
Bu xəbər 04 Dekabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















