Boçorişvili: Gürcüstanı vizasız rejimin ləğvi ilə hədələmək üçün əsas yoxdur
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı ilə Gürcüstan arasında vizasız gediş-gəliş rejiminin dayandırılması üçün əsas yoxdur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Nazir Brüsselin gürcü xalqının cəzalanlandırılmasına yönəlmiş qərar qəbul etməyəcəyinə ümidvar olduğunu deyib.
“Gürcüstanla bağlı vizasız rejimin qaydalarının dəyişdirilməsi müzakirə olunur. Bu məsələ barədə daim danışılır. Lakin Gürcüstan cəmiyyətini vizasız rejimin dayandırılması ilə hədələmək üçün heç bir əsas yoxdur. Bizə aydın olur ki, Brüssel Gürcüstan cəmiyyətini şantaj etmək üçün bütün mexanizm və rıçaqlardan istifadə edir”, - Boçorişvili əlavə edib.
Qeyd edək ki, ötən gün Aİ Şurası Gürcüstan da daxil olmaqla 61 ölkə ilə vizasız rejimin ləğvi prosesini sadələşdirən islahatı dəstəkləyib.
Xatırladaq ki, Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















