Icma.az
close
up
RU
Boçorişvili: Gürcüstanın Aİ yə üzlvük prosesini dayandırması barədə iddia yalandır

Boçorişvili: Gürcüstanın Aİ yə üzlvük prosesini dayandırması barədə iddia yalandır

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiminsə Gürcüstanın Avropa İttifaqına qoşulma prosesini dayandırdığını deməsi dezinformasiya və manipulyasiyadır, bu iddia yalandır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Imedi” telekanalının “Imedi Live” proqramında deyib.
Nazir bildirib ki, Gürcüstan avrointeqrasiyanı siyasi mübarizə vasitəsi kimi istifadə etməməyə çalışıb.

“Elə manipulyasiya yolundan istifadə edilir ki, guya Gürcüstan dialoqu dayandırıb. Brüssel Gürcüstanla dialoqu 2024-cü ilin iyununda dayandırıb və payızda bunda Gürcüstan hökumətini ittiham edib”, - Boçorişvili əlavə edib.

XİN başçısı Avropa İttifaqının Gürcüstanla vizasız rejimin mümkün dayandırılması məsələsini də şərh edib. Onun sözlərinə görə, əgər Brüssel gürcü xalqını demokratiyaya görə cəzalandırmaq üçün bu çətin qərarı qəbul etsə, məsuliyyət Brüsselin üzərində olacaq.

Boçorişvili həmçinin Ukrayna və Moldovanın Gürcüstandan öndə olması barədə iddiaların həqiqətə uyğun olmadığını deyib:

“Ölkənin inkişafı barədə danışsaq, Gürcüstan Ukrayna və Moldovanı əhəmiyyətli dərəcədə üstələyir. Gürcüstan hər hansı bir ölkədən geridə deyil. 2022-ci ildə Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı müraciət təqdim edəndə assosiasiyalı tərəfdaşlar arasında lider idi”.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Hökumət Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ildə daha hazırlıqlı olacağını bildirib. Bu yaxınlarda məlum olub ki, Aİ Gürcüstanın üzvlük prosesinin dayandırılması barədə qərarı 2024-cü ilin iyunun 27-də qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri