Icma.az
close
up
RU
Boe: “Türkiyə futbolunda təzyiq o qədər böyükdü ki...”

Boe: “Türkiyə futbolunda təzyiq o qədər böyükdü ki...”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qalatasaray”da adından söz etdirəndən sonra ötən mövsümün qış fasiləsində “30+5” milyon avroya “Bavariya”ya transfer olunan və İstanbul nəhənginin tarixində ən baha qiymətə satılan futbolçuya çevrilən Saşa Boe Almaniyanın “Sport 1” kanalına maraqlı açıqlamalar verib.

24 yaşlı sağ cinah müdafiəçisinin Almaniya karyerası o qədər də uğurlu şəkildə irəliləmir. Tez-tez zədələnən fransalı futbolçu indiyə qədər “Bavariya”da cəmi 4 oyuna çıxıb. Hətta onun bu qış yenidən “Qalatasaray”a qayıtmaq ehtimalı da yaranıb. Boeni dinləyək:

“İndi özümü yetərincə yaxşı hiss edirəm. Oynamağa hazıram. Bu həftə “Auqsburq”la oyunda iştirak ərizəsinə düşəcəyimə inanıram. “Qalatasaray” fanatları həqiqətən də mükəmməldi. Türkiyə ilə bağlı ən xoş xatirələrim, təbii ki, çempionluğu qazandığımız anlardı. Türkiyədən ayrılandan sonra artıq təzyiqdən qorxmursan. Çünki Türkiyə futbolunda təzyiq o qədər böyükdü ki, ordan sonra dünyanın istənilən yerində asanlıqla oynaya bilərsən. Bundesliqada hər matçda tribunaların dolu olması xoşuma gəlir. Türkiyədə bunları dəfələrlə yaşadığım üçün dolu stadionlarda oynamaq məni daha da motivasiyalandırır. Böyük bir azarkeş kütləsinin önündə oynamağın nə demək olduğunu gözəl bilirəm. Baş məşqçi Vensan Kompani ilə münasibətlərimiz çox yaxşıdı. Eyni dildə danışırıq və bu da mənim işimi asanlaşdırır. Əslində Kompaninin məni uzun müddətdi təqib etdiyini bilirdim. Çünki ötən mövsüm “Bernli” ilə premyer-liqada mübarizə apararkən məni o kluba transfer etməyə çalışmışdı. Həyatda təsadüf heç nə yoxdu. Göründüyü kimi, bir müddət sonra onunla “Bavariya”da yollarımız kəsişdi və bu da mənim üçün çox xoş oldu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri