Icma.az
close
up
RU
“Boing 787 Dreamliner” təyyarəsinin simulyatoru geniş marağa səbəb olub FOTOLAR

“Boing 787 Dreamliner” təyyarəsinin simulyatoru geniş marağa səbəb olub FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda təqdim olunan “Boing 787 Dreamliner” təyyarəsinin tam funksional simulyatoru geniş marağa səbəb olub.
Demokrat.az xəbər verir ki, AZAL-ın “Boeing” şirkəti ilə birgə layihəsi çərçivəsində “JW Marriott Absheron Baku” hotelinin birinci mərtəbəsində “Boeing 787 Dreamliner” təyyarəsinin simulyatoru quraşdırılıb. Formula 1 Azərbaycan Qran-prisi zamanı həvəskar aviatorlar və turistlər uçuş simulyatorundan istifadə ediblər.
“Boeing 787 Dreamliner” uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir.
Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildə canlandırır və qonaqlara uçuşun bütün mərhələlərini - havaya qalxma, uçuş rejimi və enişi - sınaqdan keçirməyə imkan verir. Bu, həmçinin “Dreamliner”in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə yaradır.
Qeyd edək ki, “Boeing” şirkəti “787 Dreamliner” modelini ən uğurlu geniş gövdəli təyyarələrdən biri kimi təqdim edir. 14 ildən az bir zamanda bu təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıb ki, bu da aviasiya tarixində digər bütün geniş gövdəli təyyarələrlə müqayisədə ən yüksək göstəricidir.
Təyyarənin konstruksiyası və müasir texnologiyaları yanacaq sərfiyyatını əvvəlki nəsil analoji modellərlə müqayisədə 25%-dək azaldır, həmçinin dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına şərait yaradıb. Geniş salonu, iri gövdəli təyyarələr arasında ən böyük pəncərələri və rahat şəraiti ilə sərnişinlər uçuş zamanı özlərini komfortlu hiss edir və təyinat məntəqəsinə rahat çatırlar.
Hazırda AZAL-ın parkında iki “Boeing 787 Dreamliner” təyyarəsi fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına uyğun olaraq yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də donanmaya qoşulması planlaşdırılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Sentyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri