BOK Olimpiya iştirakçılarına 10 min dollar ödəməyə hazırdır
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) hər bir Olimpiya iştirakçısı üçün 10.000 dollarlıq qrantı təsdiqləyib.
İdman.Biz-in məlumatına görə, bu barədə BOK İdmançılar Komissiyasının sədri Pau Qazol bildirib.
“Olimpiyaçılar üçün yeni bir qrant elan etməkdən qürur duyuram. 2026-cı il Qış Olimpiya Oyunlarından başlayaraq Oyunlarda iştirak edən hər bir idmançı 10.000 dollarlıq qrant üçün müraciət edə bilər. Bu, mükafat deyil. Bu, idmançıların töhfəsini, fədakarlığını və nəticələrə olan sadiqliyini tanımaq istəyidir”, - Qazol 24-25 iyun tarixlərində İsveçrənin Lozanna şəhərində keçirilən BOK Sessiyasında bildirib.
BOK-un açıqlamasında qeyd olunur ki, hər bir idmançı qrant almaq üçün ərizə təqdim etməlidir. Antidopinq qaydalarını, BOK-un Etik Kodeksini, Oyunlarda iştirak şərtlərini və ya Olimpiya Xartiyasını pozmayan idmançılar qrant almaq hüququna malikdirlər. BOK ilin sonuna qədər 2026-cı il Qış Olimpiya Oyunlarında iştirak edənlərdən ərizələrin qəbuluna başlamaq üçün ərizə mexanizmi üzərində işləyir. İlk ödənişlərin 2027-ci ildə edilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 24 İyun 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















