Icma.az
close
up
RU
BOK Rusiya idmançılarını 2026 cı il Qış Olimpiadasına buraxmayıb Reuters

BOK Rusiya idmançılarını 2026 cı il Qış Olimpiadasına buraxmayıb Reuters

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

"Rusiya idmançıları öz milli bayraqları altında yarışlarda iştirak edə bilməyəcək..."

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan edib ki, bu məsələ ilə bağlı 2023-cü ilin martında İcraiyyə Şurası tərəfindən verilmiş tövsiyələr qüvvədə qalır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi BOK-a istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, həmin qərara əsasən, Rusiya idman komandaları, o cümlədən milli xokkey yığması, 2026-cı ildə İtaliyada keçiriləcək Milan-Kortina Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. Bu məhdudiyyətlər Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başladıqdan sonra tətbiq edilmiş sanksiyalara əsaslanır. 

"BOK-un 2023-cü ilin martında verdiyi tövsiyə qüvvədə qalır: Rusiya  pasportuna malik idmançılardan ibarət qrup, tərifə görə, komanda sayıla bilməz. Biz həmçinin nəzərə alırıq ki, Beynəlxalq Xokkey Federasiyası (IIHF) bu tövsiyəyə riayət edəcəyini təsdiqləyib", - BOK-un açıqlamasında deyilir.

Məlumata görə, Qış Olimpiadası 2026-cı il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək. "Reuters" xatırladır ki, 2024-cü ilin yayında Parisdə keçirilən Olimpiya Oyunlarında az sayda rusiyalı və belaruslu idmançı neytral statusla, milli rəmzlər olmadan iştirak edib.

Rusiya və Belarus idmançılarının yarışlardan uzaqlaşdırılması

Qeyd edilir ki, 2023-cü ilin oktyabrında BOK Rusiya Olimpiya Komitəsini Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərində - Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində yaradılmış "olimpiya şuralarını" tanıdığı üçün uzaqlaşdırılıb.

"Bu tövsiyə müvafiq beynəlxalq federasiyalar və Olimpiya hərəkatının digər maraqlı tərəfləri ilə aparılan məsləhətləşmələrdən sonra verilib. Bu mövqe, Rusiya Olimpiya Komitəsinin Ukrayna Milli Olimpiya Komitəsinin ərazisində yaradılmış regional idman təşkilatlarını ilhaq etməsi səbəbilə üzvlüyünün dayandırılmasını əks etdirir. Belə hərəkətlər Olimpiya Xartiyasının pozulmasıdır, çünki bu, BOK tərəfindən tanınan Ukrayna MOK-un ərazi bütövlüyünü pozur", - qurum açıqlayıb.

Digər tərəfdən, yaxın günlərdə Belarus cüdoçularına öz milli bayraqları altında yarışmaq icazəsi verilib. Ukrayna Cüdo Federasiyası bu qərarı sərt şəkildə tənqid edərək, onu Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

"Ukraynaya qarşı Rusiya tərəfindən həyata keçirilən əsassız hərbi təcavüzə dəstək verən və onu dəstəkləyən Belarus müharibə davam etdiyi müddətdə öz milli rəmzlərilə beynəlxalq idman arenasında təmsil olunmamalıdır. Təcavüzkarın bu şəkildə legitimləşdirilməsi idman institutlarına olan etimadı sarsıdır və dünya idmanında təhlükəli bir ikili standart nümunəsi yaradır", - Ukrayna Federasiyası bildirib.

Moderator.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri