Boks Federasiyası azyaşlı idmançını aşağılayan məşqçiyə töhmət verdi
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Son vaxtlar boksla bağlı artan şikayətlərə daha biri əlavə olunub.
Bununla bağlı Fanat.Az-ın elektron poçtuna video göndərilib.
Görüntülərdə boks məşqçilərindən biri azyaşlı idmançıya aşağılayıcı davranış sərgiləyir, hətta şillə də vurur.
Azyaşlının hüquqlarını qorumaq üçün həmin görüntüləri yaymağı lazım bilmirik. Sadəcə, videonu Boks Federasiyasına ünvanlayaraq xoşagəlməz hadisəyə münasibət öyrəndik. Qurumun mətbuat xidmətindən sorğumuza belə cavab verilib:
"Yayılan videodan xəbərimiz var və bu, tərəfimizdən ətraflı araşdırılıb. Buna yol verən məşqçisə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib".
Mirağa
Baxış sayı:59
Bu xəbər 23 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















