Icma.az
close
up
RU
Boks millisinin məşqçisi: “Avropa çempionatındakı nəticələr gələcək üçün ümidvericidir”

Boks millisinin məşqçisi: “Avropa çempionatındakı nəticələr gələcək üçün ümidvericidir”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Boksçularımızın Avropa çempionatında əldə etdiyi nəticələrdən razı qaldıq”.

Bu sözləri yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin məşqçisi Teymur Məmmədov yığmanın Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.

O, yarışda qazanılan iki qızıl və iki gümüş medalı uğurlu nəticə hesab etdiyini bildirib.

“Ötən illə müqayisə etsək, bu dəfə nəticə çox gözəl oldu. Bizi tamamilə qane etdi. Medal qazanan idmançılarımızın hər biri potensiallı uşaqlardır. Onların gələcəklərini parlaq görürəm. Ümid edirəm ki, növbəti ildə də yaxşı çıxışlarla yadda qalacaqlar. Yer tuta bilməyən boksçularımız da pis döyüşmədilər. Bəzilərinin bəxti gətirmədi, ilk raunddan çox güclü idmançılarla qarşılaşdılar. Bəzilərində isə təcrübə çatmadı. Əsas odur ki, yarışı zədəsiz başa vurduq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

T.Məmmədov Azərbaycanda yeniyetmələr arasında boksun inkişafını yüksək qiymətləndirib: “Hazırda yalnız müsbət fikirlər söyləmək olar. İnkişaf sürətlə gedir. Federasiya tərəfindən də gənc boksçuların hazırlığına xüsusi diqqət və dəstək göstərilir. Hər il istedadlı uşaqlar ortaya çıxır və komanda get-gedə güclənir. Bu, Azərbaycan boksunun gələcəyi üçün ümidvericidir”.

Qeyd edək ki, millinin heyətində Gülər Hüseynova (48 kiloqram) və Qardaş Rəhimov (46 kiloqram) qızıl, Şahin Aslanov (60 kiloqram) və Şükar Əliyev (75 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri