Icma.az
close
up
RU
BOKT krediti bankdan imtina almaq riskini artırır?

BOKT krediti bankdan imtina almaq riskini artırır?

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank olmayan kredit təşkilatları (BOKT) bir çox vətəndaş üçün maliyyə vəsaitinə daha asan çıxış imkanı yaratsa da, bu qurumlardan götürülən kreditlər gələcəkdə banklardan kredit alma prosesinə də təsir göstərə bilər. Bəzi hallarda kredit tarixçəsi, mövcud borc yükü və ya ödəniş intizamı səbəbindən vətəndaşlar banklardan imtina cavabı alırlar. Bəs BOKT-dan kredit götürərkən gələcəkdə bank krediti ilə bağlı problem yaşamamaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı suallarımızı iqtisadçı Rauf Qarayev cavablandırıb:

"Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) götürülən kreditlər banklarla müqayisədə daha sürətli əldə edilən, lakin əsasən yüksək faiz dərəcələri və əlavə komissiya haqları tətbiq olunan maliyyə məhsullarıdır. Bu kreditlər nağd pul, lombard, avtomobil və ya biznes/mikrokredit şəklində verilir. Faiz dərəcələri: BOKT-larda nominal faizlər aşağı görünsə də (məsələn, 10%-dən başlayan), illik effektiv faiz dərəcəsi (İEFD) adətən 19-42% arasında dəyişir. Bu kreditlərin rəsmiləşdirilməsi üçün əksər hallarda avtomobil, daşınmaz əmlak və ya qızıl-zinət əşyaları girov qoyulmalıdır.

Azərbaycan Respublikasında yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş qanuni BOKT-larla əməkdaşlıq etmək lazımdır. BOKT-ların fəaliyyəti Bank olmayan kredit təşkilatları haqqında qanunla tənzimlənir. Dövlət BOKT-nin öhdəliklərinə, BOKT isə dövlətin öhdəliklərinə cavabdeh deyil. Vətəndaşların şəxsi məlumatlarının (kontaktlarının) icazəsiz götürülməsi və ya qanunsuz təzyiqlər baş verdikdə şikayət üçün birbaşa Azərbaycan Respublikası Mərkəzi Bankı platformasına müraciət etmək hüququnuz vardır".

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın saytına baxsaq, orada 52 BOKT-un adını görmək olar: "Ən böyüyü BOKT cədvəl üzrə 28 yerdə olan "İnternational" ASC-dir. 39 nümayəndəliyi var. Yəni Nümayəndəliyin çox olması imkanların geniş olması deməkdir.

Vətəndaşların diqqət etməli məqam odur ki, BOKT-lara ciddi təşkilat kimi baxmırlar. Kiçik kredit verən təşkilat kimi baxırlar. Amma düşünmürlər ki, götürdükləri krediti vaxtında ödəmədikdə bunlar Mərkəzi Bankın reyestrində qeydə alınır. “Nə vaxt kredit götürmüsən?, Niyə vaxtnda ödəməmisən? və Hansı müddətə gecikdirmisən?” – Bir sözlə problemli kreditlər sayılır. Bu adamlar artıq kredit vermək risk yaradır. Bu baxımdan da, bank riskləri nəzərə alıb kredit verməkdə tərəddüd edir və az məbləğdə kredit verir və ya vətəndaşa kredit verməkdən imtina edir".

R. Qarayevin sözlərinə görə, məsələnin dərin kökünə baxsaq, bu, düzgün yanaşma deyil: "Səbəb aydınlaşdırılmalıdır. Kredit niyə gecikib, obyektiv və subyektiv səbəblər təhlil olunmalıdır. BOKT-lar isə bunu araşdırmır, səbəb qoyulan girovdur. Banklar isə BOKT-lara istinad edir, bu səbəbdən onların marağı olmur ki, bu məsələni araşdırsın.

Hesab edirəm ki, bu baxımdan vətəndaşlar diqqətli olmalıdır. Çalışmalıdırlar ki, kredit tarixçələri təmiz olsun".

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri