Icma.az
close
up
RU
Bölgə klubu 9 əcnəbi futbolçu ilə danışıq aparır

Bölgə klubu 9 əcnəbi futbolçu ilə danışıq aparır

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illər sonra Azərbaycan Premyer Liqasında çıxış edəcək “Karvan” klubunda hazırlıqlar davam edir. Yevlax təmsilçisi üzümüzə gələn “futbol ili”ndə iddialı olmaq niyyətindədir.

İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, klub hazırda 9 əcnəbi futbolçu ilə danışıq aparır. Yaxın vaxtda oyunçularla rəsmi müqavilə imzalanacaq.

“Karvan”ın rəhbəri Şahmar Vəliyev komandanın növbəti mövsüm üçün hədəflərini də müəyyənləşdirib. O, klub rəsmilərinə və məşqçilər heyətinə iddialı komandan görmək istədəyini bildirib. Klub rəhbəri aran təmsilçisini autsayder kimi yox, 4-5-ci pillələr üçün mübarizə aparan klub kimi görmək istəyir.

Oyunları Yevlaxda keçirmək, azarkeşlərin dəstəyi ilə çıxış etmək rəhbərliyin əsas hədəflərindədir. Artıq bununla bağlı Şahmar Vəliyev lazımi tapşırıqları verib. O, komandanın ev oyunlarını keçirəcəyi 6 min azarkeş tutumuna malik Yevlax şəhər stadionunda təmir-bərpa işlərinin başlanmasına göstəriş verib.

Süni örtüklü meydança salınmaqla yanaşı, digər işlərin aparılması və arenanın UEFA standartlarına cavab verən səviyyəyə gətirilməsi planlanır. Əldə etdiyimiz daha bir məlumata görə, komanda üçün ölkəxaricindən avtobus da sifariş edilib. Yaxın günlərdə avtobusun ölkəmizə gətiriləcəyi gözlənilir.

Stadionun yanında yerləşən köməkçi meydançada da ciddi işlər görüləcək. Burada 3500 nəfərlik tribuna inşa ediləcək və təbii örtüklü meydança salınacaq. Eyni zamanda, paltardəyişmə və AFFA rəsmiləri üçün yeni otaqların tikilməsi, sanitar qovşaqlarının inşa edilməsi də nəzərdə tutulub. Rəhbərlik ehtiyat meydança yerləşən ərazidə yeni stadion tikməyi planlaşdırır.

Əsas komandanın çıxış edəcəyi arenada müasir işıqlandırma sisteminin quraşdırılması da gündəmdədir. Bundan əlavə, futbolçuların şəraitinin yaxşılaşdırılması məqsədilə iki mərtəbədən ibarət 60 nəfərlik yaşayış binası inşa edilib. Kür çayının sahilində yerləşən komandaya məxsus təlim-məşq bazasında da təmir işləri bitmək üzrədir. Baza daxilindəki futbol meydançası da süni örtüklə örtüləcək.

Qısacası, uzun illər sonra Premyer Liqaya qayıdan klub rəhbərliyinin ciddi hədəfləri var. Onlar elitada möhkəmlənmək və Yevlax futbolu üçün ciddi işlər görmək niyyətindədir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see255

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see241

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see207

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see201

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see178

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see158

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see146

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri