Bölgə klubunda krizis: hədəfə çata bilməyən komanda cəzalandırılır?
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan II Liqa klubu “Şəmkir”də maliyyə problemləri yaşanır. Çempionatın iddialı komandalarından olan bölgə təmsilçisində işlər yolunda getmir.
Mövsüm başa çatsa da, futbolçular klubdan iki aylıq maaşlarını ala bilmirlər. Hər gün rəhbərliyə müraciət edən oyunçulara konkret cavab verilmir.
Bölgə klubu II Liqada dördüncü pillə üçün mübarizə aparırdı. Komandanın əsas məqsədi bu pilləni tutaraq, I Liqadan gələcək klubla pley-off oynamaq idi. Ancaq Şəmkir klubu məqsədinə çata bilmədi. Komanda 4-cü pillə uğrunda mübarizədə “Hypers Guba”ya uduzdu.
Bu səbəbdən də Şəmkir klubunda ciddi problemlər yaşanır. Bölgə təmsilçisi hədəfə çata bilmədəyi üçün oyunçuların maaşlarını ödəmək istəmir. Artıq komandanın baş məşqçisi Vüqar Nadirovun da klubdan ayrıldığı bildirilir.
İdmanxeber.az
Baxış sayı:52
Bu xəbər 30 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















