Bölgə klubundan nigeriyalı futbolçu transferi ÖZƏL
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kəpəz” növbəti mövsümün hazırlığını davam etdirir. Gəncə klubu heyətini daha bir futbolçu ilə gücləndirmək üzrədir.
Bir neçə gün əvvəl azarkeşlərin etirazından sonra yeni rəhbərlik işləri daha da sürətləndirib. “Sarı-göylər” bir dönəm “Kəpəz” forması geyinmiş Olavale Onanuqanı transfer edib.
Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. Oyunçunun keçidi yaxın vaxtlarda rəsmən açıqlanacaq.
Xatırladaq ki, nigeriyalı futbolçu ötən mövsüm İsrailin “Bney Yehuda” klubunda çıxış edib. Onanuqa 2024-25 mövsümündə komandası ilə 17 oyun keçirib və heç nə ilə yadda qalmayıb.
Yarımmüdafiəçi 2023-24-cü ildə isə “Kəpəz”də çıxış etmişdi. Təcrübəli oyunçu Gəncə klubunda bütün turnirlərdə 29 oyunda forma geyinib. O, bu görüşlərdə iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















