Bölgə klubundan VACİB XƏBƏR Baş məşqçinin taleyi səfər oyununda həll olunacaq
Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının VIII turunda “Karvan Yevlax” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Bölgə təmsilçisində işlər yolunda getmir.
Komanda son beş oyunda 4 məğlubiyyət alıb, bir heç-heçə edib. Hazırki vəziyyət rəhbərliyin ürəyincə deyil.
Bu səbəbdən də Sumqayıtdakı matç baş məşqçi Azər Həşimov üçün xüsusi önəm daşıyır. Əgər “ağ-qaralar” bu görüşdən xalsız ayrılsa, yüksək ehtimalla Həşimovla yollar ayrılacaq.
Artıq klub daxilində bu barədə söz-söhbətlər dolaşır. Dəyişiklik bölgə təmsilçisində əsas gündəm mövzusudur.
Həşimovun klubdakı taleyi “Sumqayıt” səfərindəki nəticədən asılıdır.
Xatırladaq ki, “Sumqayıt” – “Karvan Yevlax” matçı ayın 18-də keçiriləcək.
İdmanxeber.az

Bölgə klubundan ayrılan baş məşqçinin yeni iş yeri məlum oldu
17 Mart 2025 23:15
Bölgə klubundan mövsümlük bilet satışı
14 İyul 2025 10:06
Bölgə klubuna sevindirici xəbər stadion, sponsor…
04 Mart 2025 15:21
Bölgə klublarının oyununda qalib müəyyənləşmədi
25 Aprel 2025 23:04
Vüqar Nadirov bölgə klubundan ayrıldı İdmanXəbər
14 Noyabr 2024 17:23

