Bölgə klubunun baş məşqçisi: “Yıxılsaq da, qalxıb mübarizəyə davam etməliyik”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“A qrupunda yenilmək bizə sürpriz deyil, vacib olan hədəfdən vaz keçməməkdir. Yıxılsaq da, qalxıb mübarizəyə davam etməliyik”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.
“Rəqibimizi təbrik edirəm. Onların xüsusən üç xallıq atışlarda yaxşı olduğunu bilirdik, amma matçın əvvəlində müdafiədə heç müqavimət göstərə bilmədik. Altı gündə üçüncü matçımızı oynadıq. Həm yorğunluq, həm də zədələrə görə kasad heyətlə oynamaq çətin oldu. Qarşıdakı fasilə bizə yaxşı gələcək. Fasilədən sonra tam heyət olacağıq. Həm də çatışmazlıqlarımızın üzərində çalışacağıq. Hamının Yeni ilini indidən təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il hamıya sağlamlıq və uğur gətirər”.
Qeyd edək ki, ötən gün Azərbaycan Basketbol Liqasının 11-ci turunun A qrupunda “Şəki” “Abşeron Lions”a 107:82 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















