Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
İkinci Liqa komandalarından olan "Şirvan" növbəti mövsümə Bakıda hazırlaşacaq.
Bunu Fanat.Az-a eyniadlı bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov bildirib.
Komanda sabahdan paytaxtda məşqlərə başlayacaq. Şüvəlanda məskunlaşacaq şirvanlıların təlim-məşq toplanışı avqustun 22-nə qədər qədər davam edəcək. İlk həftə dəniz kənarında fiziki yükləmələrə həsr olunacaq. Növbəti həftədən toplu məşqlərlə yanaşı, sınaq matçlarının keçirilməsi nəzərdə tutulub. Meydanda məşqlər üçün keçmiş "Neftçi baza", yaxud "Şəfa"nın 4-cü meydançasından istifadə olunacaq.
"Şirvan" Bakıda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk sınaq matçı ayın 13-də Region Liqasının debütantı "Təkan"la olacaq. Pərviz Bayramovun baş məşqçisi olduğu komanda avqustun 17-də "Qaradağ Lökbatan"la oyun razılaşdırıb. Məşqçilər korpusu ayın 21-də daha bir matç planlaşdırır ki, hələlik kimliyi müəyyənləşməyən rəqib böyük ehtimalla, 1-ci Liqa təmsilçilərindən biri olacaq.
Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümündə mükafatçı yerlərdən birini tutmağı hədəfləyir. Klub yay dönəmində heyətini Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev və Novruz Rəhimov kimi futbolçularla güclənib.
Mirağa
Baxış sayı:158
Bu xəbər 05 Avqust 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















