“Bölgədə İsrailin siyasətinə qarşı yaranmış nifrət dərin və davamlıdır”
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
“Bölgədə İsrailin siyasətinə qarşı yaranmış nifrət dərin və davamlıdır”.
Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu münasibət sadəcə bəyanatlarla və ya İranın mövqeyini rədd etməklə dəyişməyəcək.
“Haqsızlıq və zor tətbiq etməyən, insan hüquqları qanunlarına uyğun davranan hər kəs yaşaya bilər. Amma bu prinsipləri pozanlar, insanları reaksiya verməyə məcbur edənlər, nəticədə ciddi problemlərlə qarşılaşacaq”, - deyə siyasətçi vurğulayıb.
Pezeşkian İsrailin bölgə xalqlarına qarşı siyasətini tənqid edərək bəyan edib ki, bölgədə formalaşan nifrət və etirazlar artıq insanların zehniyyətinə oturub və bu münasibəti dəyişmək asan olmayacaq.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















