Icma.az
close
up
RU
Bölgədə yeni ciddi münaqişə yarana bilər: İndi rus uzantıları...

Bölgədə yeni ciddi münaqişə yarana bilər: İndi rus uzantıları...

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"44 günlük müharibədən sonra zaman-zaman Ermənistan tərəfinin şərti sərhədlərdə atəşkəs rejimini pozduğunu müşahidə edirik".

Bunu türkiyəli professor, "Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib.

Professor bildirib ki, hazırda Ermənistanın Azərbaycanla müharibəyə başlaması üçün heç bir səbəb yoxdur.

Onun sözlərinə görə, ancaq əvvəlcə Ermənistandakı hava limanından, sonra isə İran sərhədindən əsgərlərini çıxartmaq məcburiyyətində qalan Rusiya öz əlaltıları ilə şərti sərhədlərdə təxribatlara əl atır, uzun müddətdir davam edən atəşkəsin pozulmasını həyata keçirir:

“Ermənistanın son illərdə Rusiyaya qarşı apardığı müstəqillik mübarizəsində tez-tez atəşkəs rejiminin pozulması halları ilə üzləşmişik. Ruslar 1991-ci ildə sovet sisteminin dağılmasında Azərbaycanı günahlandırırdılar. İndi rus uzantıları Suriyada Əsəd rejiminin dağılmasında belə Azərbaycanı günahlandırmağa çalışırlar”.

Hasan Oktay, "Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin sədri

Müsahibimiz hesab edir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması və nəticədə qəzaya uğraması, Moskvanın susqunluğu da təsadüfi deyil və təzyiq prosesinin tərkib hissəsidir.

“Ermənistan, Azərbaycan və Türkiyə üçtərəfli sülh müqaviləsini imza atdıqdan sonra Rusiyanın bənzər təxribatlarının sayı arta bilər. Nəticə etibarilə atəşkəs pozuntuları və təxribatlar Paşinyan hökumətinin verdiyi qərarlar deyil. Bunlar Rusiyanın Ermənistan ordusunda hələ də qalmaqda olan təsir agentləri tərəfindən həyata keçirilir. Strategiya doğru həyata keçirilməzsə, bölgədə yenidən ciddi münaqişə yarana bilər. Bu, Rusiyanın bölgədə qalmasını daha da uzadır", - deyə Hasan Oktay vurğulayıb.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri