Icma.az
close
up
RU
Bölgələrdə məşhur hotellərin tətil qiymətləri

Bölgələrdə məşhur hotellərin tətil qiymətləri

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bölgələrdə məşhur hotellərin Novruz tətili günlərində qiymətləri açıqlanıb.

Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bu il həm Novruz, həm də Ramazan bayramı münasibətilə martın 20-dən 31-dək ardıcıl 12 gün qeyri-iş günü olacaq. Artıq insanlar bayram tətilini daha səmərəli və daha yaddaqalan etmək üçün planlarını qurur və səfər çantalarını indidən hazırlayıblar. Ənənəvi olaraq, bayram tətilini ölkə xaricində qeyd edənlərlə yanaşı, yerli turizm zonalarına üz tutanlar da az deyil.

İqtisadiyyat.az bu məqsədlə regionlarda bayram günlərində hotellərin qiyməti ilə bağlı araşdırma aparıb.

Şamaxı rayonunda yerləşən "Şamaxı Palace"da Novruz tətili günlərində qiymətlər 20-23 mart tarixlərində 370 manat, 24-30 mart tarixlərində 298 manat, 31 martda isə 251 manat təşkil edir. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.

"Marxal Resort & Spa" hotelində 20-23 mart tarixləri üçün yerlər dolub. Martın 24-ü üçün 250 manat, 25-30 mart tarixləri üçün 210 manat, 31 mart tarixi üçün isə 160 manat müəyyənləşib. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.

"Şəki Palace"da 20-31 mart aralığında Novruz tətilində qiymətlər 140 manatdan başlayır və 190 manatadək yüksəlir. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.

"Lənkəran Springs"də Novruz tətili üçün hotel qiymətləri müxtəlifdir. Burada qiymət 20 martda 340 manat, 21 martda 500 manat, 22-23 martda 400 manat, 24-30 martda 280 manat, 31 martda isə 275 manat təşkil edir. Burada da qiymətlər 2 nəfər üçün müəyyənləşib. Digər hotellərdən fərqli olaraq, burada 20-25 mart tarixlərində canlı musiqilər olacaq.

Tətil günlərini 20-24 mart tarixlərini "Basqal Resort & Spa"da qeyd etmək 360 manata başa gələcək. 25-27 martda qiymətlər bir qədər enib 210 manat təşkil edəcək. Amma tətil günlərini 28-30 mart tarixlərində "Basqal Resort & Spa"da qeyd etmək yenidən 360 manat müəyyənləşib.

"Shabran Wellbeing Resort" hotelində qiymətlər 210 manatdan başlayır. Belə ki, burada 20-24 mart tarixlərində istirahət etmək 250 manata, 25-30 mart tarixləri üçün isə qiymətlər 210 manat müəyyənləşib. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.

"Maricel Astara Resort" hoteli Novruz tətili günlərində bir turisti 89 manata qarşılayacaq. Cəmi bir nəfər üçün müəyyən olunan bu qiymətə səhər və şam yeməyi, gecələmə, şou proqramları, uşaqlar üçün oyunlar, keçəl və kosa şousu, müxtəlif müğənnilərin çıxışı və s daxildir.

Naftalanda yerləşən "Çinar Health Hotel" martın 31-dək xüsusi kampaniya başladıb. Belə ki, burada 2 nəfərin 3 dəfə qidalanması da daxil olmaqla 7 gecə (8 gün) istirahət etməsi cəmi 1400 manata başa gələcək. Normalda isə qiymətlər 20-26 mart tarixlərində 195 manat, 27-31 mart tarixlərində isə 160 manat təşkil edir.

"Qalaaltı Hotel & SPA"da Novruz tətili 280 manatdan başlayır. Bu qiymət 20-23 mart tarixlərini əhatə edəcək və bu müddətdə 4 günlük bayram proqramı olacaq. Digər günlər isə 210 manat və 255 manat müəyyənləşib.

Qəbələdə yerləşən "Qafqaz Tufandag Hotel"də Novruz günlərində qiymətlər 283-403 manat arasında dəyişir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Mart 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri