Icma.az
close
up
RU
Bölgələrdəki villalar eks nazirlərə baş bəlası olub SATA BİLMİRLƏR

Bölgələrdəki villalar eks nazirlərə baş bəlası olub SATA BİLMİRLƏR

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bölgələrdə torpaqların müxtəlif yollarla zəbt edilməsi, xüsusilə məmurlar və imkanlılar tərəfindən yol verilən bu cür hərəkətlər cəmiyyətdə həmişə ciddi narahatlıq yaradıb. Kənd təsərrüfatı məqsədli dövlət torpaqlarının yanlış idarə olunması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlib.
Ölkə.az
modern.az-a istinadən bildirir ki, Azərbaycanın bəzi rayonlarında minlərlə hektar torpaq sahələrinin hasarlandığına dair indi də məlumatlar var. Orada heç bir fəaliyyət göstərilmir. Zəbt edilmiş torpaqların əsasən iri məmurlara, eks-məmurlara, oliqarxlara məxsus olduğu bildirilir.
Bu rayonlar sırasında Abşeron, Beyləqan, Bərdə, Göygöl, Goranboy, Xaçmaz, Quba, Qusar, Şamaxı, Xızı, İsmayıllı kimi rayonlarının adları çəkilir.


Əkinə yararlı sahələrin, örüş yerlərinin hasarlaması və illərdir toxunulmaz ərazilər kimi zəngin insanların mülkiyyətində saxlanılması hətta əvvəllər bir neçə dəfə rəsmi toplantılarda müzakirə mövzusu olub.
İllərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələrinin şəxsi mülkiyyətdə saxlanılması isə bölgələrdə heyvandarlığın, əkinçiliyin, meyvəçiliyin də məhdudlaşmasına səbəb olub, aqrar sahənin inkişafına mənfi təsir göstərib.
Belə torpaqları zəbt edilməsi bir neçə səbəbə görə baş verib. Bu hadisə adətən korrupsiya, qanunsuz əməllər və gücün sui-istifadəsi ilə əlaqələndirilir.
Vaxtilə yüksək vəzifələrdə məmurluq edənlər torpaqların qiymətinin artmasından faydalanmaq və ya öz şəxsi maraqlarını təmin etmək üçün əraziləri zəbt ediblər. Bu, torpaq satışından əldə edilən gəlirin özlərinə yönəldilməsi məqsədi güdüb.

Bundan başqa, kimlərsə iqtisadi güc əldə etmək üçün böyük torpaq sahələrini ələ keçirməklə, özlərinin cəmiyyətdəki təsirini artırmağa çalışıblar.

Torpaq sahələrini tutanlar təbii ki, vəzifələrindən sui-istifadə ediblər.

Səfalı rayonlarda zəbt olunmuş bu cür torpaq sahələrində dəbdəbə ilə tikilmiş malikanələrin olduğu barədə də məlumatlar var. Bu məlumatlarda bahalı villaların bir qisminin eks-nazirlərin mülkiyyətində olduğu deyilir. Bildirilir ki, son vaxtlar həmin şəxslər milyonlarla manat dəyərində olan bu villaları “satıb canlarını qurtamaq” istəyirlər. İddialara görə, məsələn, dəyəri 20-30 milyon manat olan belə torpaqlar, üzərində tikilmiş bahalı malikanə ilə yarı qiymətinə satışa çıxarılsa da, heç kim onlara yaxın durmağa cürət etmir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Fevral 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri