Icma.az
close
up
RU
Bolluq dövrü bitdi Təhlükəli oyun gedir

Bolluq dövrü bitdi Təhlükəli oyun gedir

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər qlobal enerji bazarlarında qeyri-sabitlik müşahidə olunur. Bir tərəfdən geosiyasi gərginlik fonunda qiymətlər kəskin artıb, digər tərəfdən isə bazara əlavə təklif və ehtiyatların buraxılması xəbərləri neft və qaz qiymətlərində eniş tendensiyası yaradıb. Bazarda həm artıq təklif, həm də siyasi risklər qiymətlərin kəskin dalğalanmasına səbəb olur.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik qlobal neft bazarları ilə bağlı uzun illər formalaşmış “bolluq” və “ehtiyat güc” təsəvvürlərini ciddi şəkildə sarsıdıb.
“Əslində son dövrlərdə neft bazarlarının daha çox fiziki məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərdiyi artıq açıq şəkildə görünür. Mövcud vəziyyət bir daha sübut etdi ki, bazar həm ehtiyat hasilat gücü baxımından məhduddur, həm də tədarük zənciri olduqca kövrəkdir. Hətta Strateji Neft Ehtiyatları çərçivəsində yüz milyonlarla barel xam neftin bazara buraxılması belə qiymət artımının qarşısını tam şəkildə ala bilmədi. Bunun əsas səbəbi isə həmin ehtiyatların bazardakı yüngül, orta və ağır neft növləri arasında mövcud balanssızlığı aradan qaldırmaq gücündə olmamasıdır. Bu uyğunsuzluq xüsusilə Asiya bazarlarında emal gücləri səviyyəsində daha qabarıq şəkildə hiss olunur”.
O bildirib ki, müharibə davam etdiyi və ya Hörmüz boğazında təhlükəsiz və sabit nəqliyyat bərpa olunmadığı müddətdə neft qiymətlərində davamlı eniş gözləmək real deyil:
“Qısa müddətli enişlər mümkün olsa da, onların uzunmüddətli və sabit xarakter daşıması çətin görünür. Neft bazarlarını formalaşdıran üç əsas fiziki məhdudiyyət - ehtiyat hasilat gücü, tələbin elastikliyi və siyasi müdaxilənin sərhədləri mövcud şəraitdə daha da ön plana çıxır. Əgər Yaxın Şərqdə hasilat sabitləşməz, neft infrastrukturları normal fəaliyyətinə qayıtmaz və Hörmüz boğazı üzərindən daşımalar əvvəlki səviyyədə bərpa olunmazsa, qlobal bazarlarda tarazlığın təmin olunması çətin olacaq. Bu isə öz təsirini yalnız xam neft bazarında deyil, eyni zamanda neft məhsulları və neft-kimya sektorlarında da açıq şəkildə göstərəcək”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri