Icma.az
close
up
RU
Bolnisi rayonunun Naxiduri kənd ictimai məktəbində Azərbaycan dili və ədəbiyyatı otağı açılıb AZƏRTAC

Bolnisi rayonunun Naxiduri kənd ictimai məktəbində Azərbaycan dili və ədəbiyyatı otağı açılıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 26 dekabr, AZƏRTAC

Gürcüstanın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı otağının açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Gürcüstan parlamentinin deputatı, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Sonra Bolnisi rayonunun Resurs Mərkəzinin rəhbəri İamze Svanidze, məktəbin direktoru Kaxaber Cumberidze, Azərbaycan dili müəllimi Sevda Muzaşvili və başqaları çıxış edərək belə bir otağın açılışını yüksək qiymətləndiriblər. Bildirilib ki, 700-ə yaxın şagirdi olan Naxiduri məktəbində bu otaq Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə açılıb. Məktəbin şagirdləri burada əsasən Azərbaycan və gürcü dillərində təhsil alırlar. Eyni zamanda, şagirdlərə ingilis dilində də ayrıca dərslər keçirilir. Otaq səfirlik tərəfindən təmiq olunub və lazımi inventarla təmin olunub. Məktəbin müəllim və kollektivi göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xıdırov çıxış edərək Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda çoxsaylı məktəblər, uşaq bağçaları və idman kompleksləri tikilib, əsaslı təmir olunub. Bu otağın açılması da həmin qayğının bariz nümunəsidir.

Diplomat müəllim və şagirdlərə uğurlar arzulayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə soydaşlarımızı təbrik edib.

Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib. Deputat xalqlarımız və ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, məktəbdə otağın açılmasını yüksək qiymətləndirib. Bildirib ki, belə bir otağın açılması gənc nəslin ana dili və ədəbiyyatının öyrənməsində və təbliğində mühüm rol oynayır.

Sonra şagirdlər Azərbaycan və gürcü dillərində şeirlər və mahnılar söyləyiblər. Balacalar “Nəlbəki” xalq rəqsini ifa ediblər. Azərbaycan səfirliyi adından məktəbə televizor, kompüter dəsti, printer hədiyyə edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri