Icma.az
close
up
RU
“Bolonya”nın 51 illik həsrəti sona çatdı!

“Bolonya”nın 51 illik həsrəti sona çatdı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 14-də İtaliya kubokunun 2024/25 mövsümünün qalibi müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, Romada keçirilən finalda “Milan”nı məğlub edən “Bolonya” bu turnirdə 51 illik həsrətinə son qoydu!
final
Milan - Bolonya 0:1 (0:0)

Milan: Menyan, Ernandes, Qabbya, Tomori (Uoker, 62), Pavloviç, A.Ximenes (Feliş, 62), Fofana (Çukvueze, 88), Reynders, Pulişiç (Abraham, 87), Leao, Yoviç (S.Ximenes, 62).
Bolonya: Skorupski, Holm (Kalabriya, 76), Beukema, Lukumi, Miranda, Fröyler, Ferqyuson, Orsolini (Kazale, 69), Fabbian (Pobeqa, 69), Ndoy (Odqor, 80), Kastro (Dallinqa, 80).
Qol: Ndoy, 53.
Vərəqələr: Tomori, 38. Ferqyuson, 43. Pulişiç, 45+2. Fabbian, 57. Lukumi, 74 - sarı.
Hakim: Mauritsio Mariani.
14 may. Roma. 68500 tamaşaçı.
Azarkeşlərini yalnız bu ilin əvvəlində ölkə superkubokunu qazanmaqla sevindirə bilən “Milan” mövsümün həlledici mərhələsində də qeyri-sabit çıxışı ilə diqqət mərkəzində qalmağa davam edir.
İtaliyanın ikinci ən titullu komandası ölkə kubokunda 14-cü, 2017/18 mövsümündən sonra isə ilk dəfə finala çıxmışdı. Xüsusilə qeyd edək ki, baş məşqçi vəzifəsinə ötən ilin dekabrında təyinat alan Serjio Konseysao bu il “Milan”ı ikinci finala çıxarmışdı. Yanvarda komandanı İtaliya Superkubokunda qələbəyə məhz o daşımışdı. Ancaq portuqaliyalı mütəxəssisin A seriyasındakı fəaliyyəti heç də qənaətbəxş sayıla bilməz. “Milan” ölkə çempionatında mövsümün sonuna 2 tur qalmış 60 xalla 8-ci yerdə idi. Bu mövqe “qırmızı-qaralar”a heç Konfrans Liqasına vəsiqə də vermir. Deməli, lombardiyalılar gələn mövsüm Avropa Liqasında (AL) oynamaq üçün ölkə kubokunu qazanmağa çalışacaqdılar.
Bu baxımdan tarixində 3-cü, 1973/74 mövsümündən sonra isə ilk dəfə finala çıxan “Bolonya”nın vəziyyəti nisbətən yaxşı sayılırdı. Vinçentso İtalyanonun komandası final ərəfəsində A seriyasında milanlıları 2 xal qabaqlamaqla 7-ci yerdə idi. Yeri gəlmişkən, finalçıların cari mövsümdə çempionatdakı hər iki oyunu bu ilə təsadüf etmişdi. Fevralın 27-də Bolonyada keçirilən matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Növbəti görüş isə finaldan 5 gün əvvəl Milanda reallaşmışdı: mayın 9-da baş tutan matçın fasiləsindən sonra Orsolini qonaqları hesabda önə keçirsə də, meydan sahibləri son 25 dəqiqədə vurduğu üç qolla əzmkar qələbə qazanmışdılar.
Finalın ilk hissəsi yetərincə maraqlı alındı. Əvvəlcə Menyan Kastronun baş zərbəsinə reaksiya verdi. Az sonra Skorupski milanlıların bir hücumu zamanı iki dəfə komandasını qoldan xilas etdi. “Bolonya” təşəbbüsə yiyələnməklə hesabı açmağa çalışarkən, “Milan” əsasən əks-hücumlara üstünlük verirdi. Tərəflərin ciddi səhvə yol verməməsi ilk yarıda hesabın açılmamasını qaçılmaz etdi.
Fasilədən sonra isə tribunadakı Bolonyadan gələn azarkeşlər ayağa qaxdılar. Ernandes karyerasının ən yaxşı mövsümünü keçirən Orsolininin qarşısını alsa da, topu ələ keçirən Ndoy müdafiəçi Tomorini arxada qoyaraq hesabı açdı. Bundan sonra milanlıların böyük qüvvə ilə hücuma atılacağı gözlənilirdi. Konseysao yeni oyunçularla komandasının oyununu gücləndirməyə çalışdı. Rəqib isə tədricən topu milanlılara verməsi və əsas diqqəti hesabı qorumağa ayırması ilə yadda qaldı. İtalyanonun komandası bu vəzifənin öhdəsindən məharətlə gəldi. “Milan” Skorupskinin qoruduğu qapı qarşısında real qol vəziyyəti yaratmaqda çox çətinlik çəkdi. Nəticədə finalın qalibini yeganə qol müəyyən etdi.
Beləliklə, “Bolonya” kubokun sahibi kimi AL-in 2025/26 mövsümündə iştirak hüququ qazandı. “Milan” isə gələn mövsüm avrokuboklarda görünməyə bilər. Belə ki, Konseysaonun komandasının qitə arenasına vəsiqə qazanması yalnız son iki oyununun nəticələrindən asılı deyil...
Faktlar
* “Bolonya” ölkə kubokunu 3-cü dəfə qazandı. Turnirdəki ilk qələbəsi 1969/70 mövsümünə təsadüf edən komanda 1974-cü ildə “Palermo”ya əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan matçdan sonrakı penalti seriyasında qalib gəlməklə (4:3) 2-ci dəfə kuboka sahib çıxmışdı. “Bolonya”nın 1967/68 mövsümündə 4 komandanın iştirakıyla keçirilən final turnirində sonuncu yeri tutduğunu da xatırladaq.
* İtalyano məşqçilik karyerasında ilk titulunu qazandı. O, “Fiorentina” ilə 2023-cü ildə ölkə kubokunun, həmin ildə və 2024-cü ildə Konfrans Liqasının finalında məğlubiyyət acısı yaşamışdı.
* “Milan”ın ölkə kubokundakı qələbə həsrəti davam edir. Hesabında 5 titul olan komanda ölkə kubokunu sonuncu dəfə 2003-cü ildə qazanıb. Onda iki oyundan ibarət finalda “Roma”ya qalib gələn (4:1, 2:2) “Milan” ötən 22 ildə finala 3 dəfə çıxıb və məğlub olub.
* “Milan” ölkə kubokunun finalında 10-cu dəfə uduzdu.
* “Milan” son 3 mövsümdə yalnız 1 titul qazanıb. Komandanın yeganə titulu bu ilin yanvarında qalibi olduğu İtaliya superkubokudu. “Milan”ın son 8 mövsümdə 2022-ci ildə İtaliya çempionu olduğunu da xatırladaq.
Oyundan sonra
Vinçentso İtalyano, “Bolonya”nın baş məşqçisi:

“Bizə məyusluq gətirən bir neçə uğursuzluqdan sonra bu qələbəyə layiq olduğumuzu düşünürəm. Matçı əla keçirdik, uşaqlar var güclərini meydanda sərf etdilər. Finalın yüksək səviyyədə keçdiyini də deməliyəm. İkinci hissədə “Milan”ın nə etmək istədiyini bilirdik, buna görə zərbəyə zərbə ilə cavab verməyə çalışdıq. Bir il ərzində qurduqlarımızın məntiqi nəticəsi bu kubok oldu. Bu, meydanda qazandığımız uğurdu. Mövsüm ərzində inkişafımızı davam etdirdik. Əvvəlcə işlərimiz çətinliklə alınırdı, amma çətinliklərin öhdəsindən gəlməyi bacarırdıq. Komandamızda həm fərdi, həm də kollektiv oyun planında inkişaf göz qabağındadı. Bu gün bunu möhtəşəm çıxışımızla nümayiş etdirdik. İndi isə mənə bu layiqli qələbəni bayram etməyə imkan verin”.


Serjio Konseysao, “Milan”ın baş məşqçisi:

“İlk hissə bərabər mübarizə şəraitində keçdi, ilk qolu vurmaq vacib idi. Fasilədən sonra daha yaxşı oynaya bilərdik. Rəqibi təbrik etməliyik, amma buraxdığımız qola lazımi reaksiyanı verə bilmədik. Bu nəticə azarkeşlərimiz üçün məyusedicidi, hamımız üçün böyük üzüntüdü. Amma belə oyunların nəticəsini detallar müəyyən edir. Matçdan əvvəl həm özüm, həm də komanda üçün bir sıra qərarlar verdim. Planlarımızın baş tutmadığını bilirik, ancaq bu, futbolun bir hissəsidi. Müdafiədən çıxarkən həddən artıq tələskənliyə yor verirdik. İlk hissədə yaxşı oynasaq da, matçın ikinci yarısında imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Titul qazanmaq şansımızdan yararlana bilmədiyimiz üçün çox məyusuq. “Roma” ilə oyundan başlayaraq çempionatı layiqincə başa vurmağa çalışacağıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri