Bolqarıstan Azərbaycandan neft idxalını artırıb
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana neft ixracının həcmi artıb.
Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi Azərbaycanın xarici ticarət gömrük statistikasına əsasən, hesabat dövründə Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 358,8 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 204,9 milyon ABŞ dolları və ya 5,3 dəfə, həcm baxımından isə 279,5 min ton və ya 4,5 dəfə çoxdur.
Qeyd edilib ki, ötən ilin yanvar–iyun aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunmuşdu.
Qurumun məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495 milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 31 İyul 2026 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















