Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.
O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib.
Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.
“Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - Baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 İyun 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















