Icma.az
close
up
RU
Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Buxarest, 15 iyul, AZƏRTAC

Bolqarıstan Müdafiə Nazirliyinin rəsmi media orqanı olan “ArmyMedia.bg” nəşrində siyasi şərhçi Plamen Dimitrovun SOCAR-ın İsrailin enerji sektoruna daxil olmasını təhlil edən “Azərbaycan necə İsrailin qaz geosiyasətinin bir hissəsi olub” sərlövhəli geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, analitik yazıda SOCAR-ın “Tamar” qaz yatağında 10 faiz pay əldə etməsi, bununla da Cənubi Qafqaz ölkəsinin Yaxın Şərq qaz geosiyasətinə real təsir imkanları qazandığı qeyd olunur.

Məqalədə bildirilir ki, SOCAR İsrailin “Tamar” yatağında pay almaq üçün rəsmi razılıq əldə edib. Bu yatağın ehtiyatlarının 300 milyard kubmetr civarında olduğu və SOCAR-ın iştirakının təqribən 1,25 milyard dollar dəyərində qiymətləndirildiyi qeyd olunur.

“Azərbaycan təkcə qaz ixracatçısı deyil, həm də Aralıq dənizi hövzəsində investor və enerji tərəfdaşı rolunu öz üzərinə götürməyə başlayır”, - deyə Plamen Dimitrov məqaləsində yazır.

Yazıda həmçinin vurğulanır ki, SOCAR İsrailin Aralıq dənizi sahillərində yerləşən 6 yeni blok üzrə qazma və kəşfiyyat hüququna malik konsorsiumun da lideridir. Bu isə Azərbaycan şirkətinin regionda enerji və geosiyasi nüfuzunun getdikcə artdığını göstərir. Bildirilir ki, SOCAR artıq uzun illərdir İsrailin əsas xam neft tədarükçülərindən biridir: “2023-cü ildə İsrailin idxal etdiyi neftin 43 faizi Azərbaycandan olub və bu göstərici dəyişməyib”.

“ArmyMedia.bg” SOCAR-ın İsrail qaz layihələrində iştirakını təkcə kommersiya baxımından deyil, eyni zamanda, geosiyasi strategiya çərçivəsində dəyərləndirir. Məqalədə 2020-ci il Qarabağ müharibəsində İsrail istehsalı pilotsuz uçuş aparatlarının Azərbaycana verdiyi dəstək də xatırladılır və bu enerji əməkdaşlığının hərbi-texniki tərəfdaşlıqla da uzlaşdığı qeyd olunur.

Bundan əlavə, bolqar mətbuatında bu istiqamətdə Azərbaycan-İsrail münasibətlərinin yeni mərhələyə keçdiyi vurğulanır. Bildirilir ki, Bakı yalnız enerji ixracatçısı rolunu deyil, həm də regionda enerji infrastrukturunun formalaşmasında qərarverici rolu oynamağa başlayır. Bolqarıstanın rəsmi media orqanı hesab edir ki, SOCAR-ın “Tamar” layihəsində iştirakı Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji oyunçu kimi mövqeyini daha da gücləndirəcək və Aralıq dənizi regionunda Azərbaycan amilinin artan rolunu təsdiqləyəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri