Bolqarıstan Rusiya istehsalı olan reaktorları Ukraynaya satmamaq qərarına gəlib
Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.
Bolqarıstan Belene AES üçün istehsal olunmuş Rusiya reaktorlarını Ukraynaya satmamaq qərarına gəlib.
Bu barədə Bolqarıstan Sosialist Partiyasının baş nazirinin müavini və lideri Atanas Zafirov ölkədə hakim çoxluğu təşkil edən siyasi birliklərin yaratdığı Birgə İdarəetmə Şurasında məsələnin müzakirəsindən sonra bildirib.
"Belene AES-in iki reaktorunun taleyi ilə bağlı danışıqlar aparılıb və onların satılmayacağına dair razılıq əldə olunub", - deyə Zafirov bildirib .
Onun sözlərinə görə, bu qurğular ölkənin əsas sərvəti, enerji təhlükəsizliyinin, eləcə də iqtisadi müstəqilliyinin tərkib hissəsidir. Qəbul edilən qərarın parlament üzvləri ilə müzakirəsi planlaşdırılır.
Mövsüm
Aznews.az

Bolqarıstan Ukraynaya qoşun göndərəcək?
20 Fevral 2025 16:38
Bolqarıstan Ukraynaya yardımı davam etdirəcək
20 Yanvar 2025 08:14
Bolqarıstan prezidenti Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinədir
18 Fevral 2025 15:32
Bolqarıstan parlamenti hərbçilərinin Ukraynaya göndərilməsi imkanını məhdudlaşdırıb
21 Fevral 2025 17:26
İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir
21 Yanvar 2025 23:22

