Icma.az
close
up
RU
Çin Kremldən yalnız sərfəli və ucuz olanı alır, qalan hər şeyi rədd edir..?

Çin Kremldən yalnız sərfəli və ucuz olanı alır, qalan hər şeyi rədd edir..?

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Çin Rusiyanın milyardlıq layihəsinə xaç, yəni ruslar demiş “krest” qoyur…

...Kremlin daha bir qaz layihəsi iflasa uğradı: Çin, itirilmiş Avropa bazarını hansısa yolla kompensasiya etmək üçün Moskvanın təklif etdiyi Qazaxıstan ərazisindən yeni boru kəmərinin çəkilməsi ideyasını rədd etdi.

SİA-nın məlumatına görə, bu barədə Dialoq.UA yazır.

“Sərhədsiz tərəfdaşlıq” haqqında bütün söhbətlərə baxmayaraq, Pekin ardıcıl olaraq Kremldən üz döndərib.

Çin yenə “yox” dedi və Moskvanın 2024-cü ilin payızında sevinclə elan etdiyi qazın Qazaxıstan üzərindən Rusiyadan tədarükü layihəsi Pekin tərəfindən rəsmən rədd edildi.

Çinin Rusiyadakı səfiri Çjan Xanuey birbaşa bildirib: boru kəməri çox bahadır və mövcud Qazaxıstan qaz kəməri artıq sıxdır.

Rusiya qazını nəql etmək üçün yenisini tikmək lazımdır və bu, Çin üçün sərfəli deyil.

…Bu, bir az bahadır. Rusiya tərəfi bu variantı öyrənir, lakin bu, real deyil, - deyə diplomat yekunlaşdırıb.

Uğursuzluğu geosiyasi uğur kimi ötürmək üçün növbəti cəhd beləcə başa çatdı..?

“Sibirin Gücü 2” havada asılıb..?

Xatırladaq ki, “Sibirin Gücü 2” orijinal layihəsi də bir il yarımdır ki, dayanıb. Moskvanın təntənəli bəyanatlarına baxmayaraq, Çin tikintiyə razılıq verməyib.

Əsas səbəb qiymətdir: Pekin Rusiya daxili tarifini min kubmetr üçün 60 dollar ödəmək istəyir, halbuki o, hazırda dörd dəfə çox - 260 dollar ödəyir.

Boru kəmərinin keçəcəyi Monqolustan da bu layihəni 2028-ci ilə qədər öz milli planına daxil etməyib və perspektivlərin şübhəli olduğunu açıq şəkildə ortaya qoyub.

Çin öz xammal əlavəsinə şərtləri diktə edir…

2022-ci ildən başlayaraq Putin israrla Çinə Avropa bazarını əvəz etməyi və ildə 100 milyard kubmetrə qədər qaz almağı təklif edir.

Lakin Pekinə səfərlərə, “strateji tərəfdaşlıqlara” və “yeni enerji gələcəyindən” danışmasına baxmayaraq, Kremlin bütün təklifləri Pekinin soyuq hesablamalarına uyğun gəlir.

Çin şərtləri diktə edir, qiymətləri endirir, layihələri rədd edir və bunu getdikcə daha açıq şəkildə edir.

Bu “dostluqda” Rusiya getdikcə heç nəyi diktə etməyə qadir olmayan xammal əlavəsinə bənzəyir.

Rəqəmlər şüarlardan daha yüksək səslə danışır…

Avropaya tədarükün pik nöqtəsində Rusiya ildə 200 milyard kubmetrə qədər qaz ixrac edirdi. İndi Çində cəmi 38 milyard var ki, bu da əvvəlki həcmin yalnız 15 faizini kompensasiya edir.

…Avropa gedib, amma Çin onu əvəz etməyə tələsmir. 2023-cü ildə Avropa İttifaqına tədarük 28 milyard kubmetrə, 2024-cü ildə 32 milyard kubmetrə qədər azalıb.

“Qazprom” enerji fövqəldövlətindən qalıq əhəmiyyət kəsb edən təchizatçıya çevrilir.

Daha bir zərbə və yenə də qürur

Moskva “yeni bazarları” və “yeni üfüqləri” olduğunu göstərmək istəyirdi. Amma reallıq rədd edilən layihələrdən, ucuz güzəştlərdən və diplomatik rüsvayçılıqlardan ibarətdir. Bu dəfə Çin nəzakətli görünüşünü saxlamağa belə cəhd etmədi, sadəcə olaraq bu ideyanı faydasız saydı.

Rusiya “çoxqütblü dünya”, “Şərqə dönüş” və “etibarlı tərəfdaş” haqqında istədiyi qədər danışa bilər, amma fakt aydındır: Çin Kremldən yalnız sərfəli və ucuz olanı alır, qalan hər şeyi rədd edir.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri