Icma.az
close
up
RU
Bolqarıstanda seçki: sabah parlameti hansı partiya qazanacaq?

Bolqarıstanda seçki: sabah parlameti hansı partiya qazanacaq?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bolqarıstanda vətəndaşlar son 5 ildə 8-ci dəfə səsverməyə gedəcək.
Modern.az xəbər verir ki, son 5 ildir davam edən siyasi qeyri-sabitlik dövründən çıxmaq istəyən Bolqarıstanda seçicilər sabah səsvermədə iştirak edəcəklər.

Təxminən 6,5 milyon qeydiyyatdan keçmiş seçicinin olduğu ölkədəki seçkidə 14 siyasi partiya və 10 ittifaq iştirak edir.

Parlamentdəki 240 yerin yeni sahiblərini müəyyən etmək üçün keçiriləcək səsvermədə seçicilər saat 07:00-dan etibarən səs verə biləcəklər.
Səsvermə saat 20:00-da başa çatacaq, lakin növbədə gözləyən seçicilər olarsa, bu müddət ən gec 21:00-dək uzadıla bilər.

Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, xaricdə 55 ölkədə ümumilikdə 493 seçki məntəqəsi qurulacaq.

Xaricdə ən çox bolqar vətəndaşının yaşadığı Türkiyədə diplomatik və konsulluq nümayəndəliklərindən əlavə 20 məntəqə, Ankara, İstanbul, Edirnə və Bursadakı diplomatik nümayəndəliklərdə isə ümumilikdə 7 məntəqə yaradılacaq.

Bolqar diasporunun sıx olduğu Birləşmiş Krallıqda isə Londondan kənarda 12, Londonda isə 8 seçki məntəqəsi qurulacaq.

Digər tərəfdən, MSK təhlükəsizlik səbəbilə Yaxın Şərqdə bəzi ölkələrdə seçki məntəqələrinin qurulmayacağını açıqlayıb.

Son ictimai rəy sorğuları göstərir ki, 4 faiz olan seçki baryerini ən azı 5 siyasi qurum keçə bilər.

Sorğulara görə, keçmiş prezident Rumen Radevin yaratdığı “İrəliləyişçi Bolqarıstan Koalisiyası” birinci yerdədir.

Parlamentə daxil olacağı gözlənilən digər siyasi qüvvələr arasında “Avropa İnkişafı üçün Vətəndaşlar” (GERB) Partiyası, “Dəyişimi Davam etdir – Demokratik Bolqarıstan” (PP-DB) İttifaqı, Hüquq və Azadlıqlar Hərəkatı, “Dirçəliş” (Vızrajdane) Partiyası və Bolqarıstan Sosialist Partiyası yer alır.

Bolqarıstanda 27 oktyabr 2024-cü ildə keçirilən son növbədənkənar parlament seçkilərində iştirak faizi 38% olmuşdu. Son sorğular bu dəfə seçki fəallığının 50–60% aralığında ola biləcəyini göstərir.

240 yerlik parlamentdə hökumətin etimad qazanması üçün ən azı 121 deputatın dəstəyi tələb olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri