Bolqarıstanda siyasi böhran parlamentdəki fikir ayrılıqları səbəbindən davam edir
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Bolqarıstan parlamentindəki iki ən böyük siyasi qrup prezident Rumen Radevlə ayrı-ayrılıqda məsləhətləşmələr zamanı yeni hökumət formalaşdırmaqdan imtina ediblər.
Moderator.az-ın Bolqarıstan KİV-ə istinadən verdiyi məlumata görə, həm hakim sağ-mərkəzçi GERB-UDF qrupu, həm də WCC-DB alyansının liberalları növbədənkənar seçkilərə maraq göstərdiklərini bildiriblər.
Hər iki qrupun prezidentlə görüşdən sonra verdiyi açıqlamalarda əvvəlcə ictimai etimadı bərpa etməyin vacibliyi vurğulanıb, bunun üçün isə yeni parlament seçilməlidir.
Liberallar daha da irəli gedərək, ümumilikdə mövcud idarəetmə modelinin dağıdılmasının lazım olduğunu, "hökumətin devrilməsi bu addımın yalnız birinci hissəsidir", - deyə qeyd ediblər.
Konstitusiyaya görə, prezident hökumət formalaşdırmaq üçün hazırkı parlament çərçivəsində öz seçiminə əsasən üçüncü siyasi qüvvəni məsləhətləşmələrə dəvət edəcək. Əgər bu cəhd uğursuz olarsa, növbədənkənar seçkilər elan olunacaq.
Xatırladaq ki, dekabrın 12-də parlament Sofiya və digər iri şəhərlərdə keçirilən kütləvi etirazlardan sonra baş nazir Rossen Jelyazkov tərəfindən təqdim olunan koalisiya kabinetinin istefasını qəbul edib.
GERB-UDF, Bolqarıstan Sosialist Partiyası və "Belə bir xalq var" hərəkatından ibarət koalisiya hökuməti parlamentdə 240 yerdən 102-ni tuturdu.
Parlamentdə əksər qərarlar oliqarx Delyan Pevski rəhbərlik etdiyi DPS – "Yeni başlanğıc" partiyasının dəstəyi ilə qəbul olurdu. Etirazçılar isə ona və GERB lideri, keçmiş baş nazir Boyko Borisova qarşı ciddi narazılıqlarını bildirirdi.
Baxış sayı:79
Bu xəbər 15 Dekabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















