Bolqarıstanın Qara dəniz sahilində daşqın nəticəsində dörd nəfər ölüb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Sofiya, 4 oktyabr, AZƏRTAC
Bolqarıstanın Qara dəniz sahilində güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı dördə çatıb. Xilasedici əməliyyatda iştirak edən qayıq da fırtına nəticəsində aşıb və içərisində olan xilasedici həyatını itirib.
Təbii fəlakətə görə sahilyanı bir neçə bölgədə fövqəladə vəziyyət elan olunub. İnsanların təxliyəsi kurort zonası olan Elenitedən aparılır. Şahidlərin bildirdiyinə görə, onlarla avtomobil dənizə sürüklənib. Günəşli Sahil (Sunny Beach), Nesebr, Burqas və digər kurortlarda küçələr su altında qalıb, Tsarevoda isə infrastruktur ciddi ziyan görüb.
Bundan əvvəl Bolqarıstan Milli Hidrologiya və Meteorologiya İnstitutu Qara dənizin cənub sahillərində güclü yağış, şiddətli külək və dənizdə dalğalanmaya görə “narıncı” təhlükə səviyyəsi elan etmişdi. Qısa müddətdə bəzi rayonlara 250 millimetr, ayrı-ayrı yerlərə isə 400 millimetrədək yağıntı düşüb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















