Icma.az
close
up
RU
Bolt Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq RƏSMİ

Bolt Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq RƏSMİ

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bolt Akademiya” gənclər arasında yol təhlükəsizliyi və şəhər infrastrukturu sahəsində innovativ ideyaların təşviqi məqsədilə yeni müsabiqəyə start verir.

Avtosfer.az xəbər verir ki,layihə yaradıcı düşünən tələbələr və gənclər üçün öz ideyalarını təqdim etmək və real layihəyə çevirmək imkanı yaradır.  

Müsabiqə çərçivəsində universitet və peşə məktəblərində təhsil alan gənclər yol təhlükəsizliyi və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı ideyalarını təqdim edə bilərlər. Seçilmiş layihələr ekspertlər və geniş auditoriya qarşısında təqdim olunacaq, həmçinin mentor dəstəyi ilə inkişaf etdiriləcək.

Bolt nümayəndəsinin sözlərinə görə, təşəbbüsün əsas məqsədi gəncləri təhlükəsizlik mövzusunda daha aktiv iştirak etməyə təşviq etmək və onların ideyalarını real həllərə çevirməkdir.

“Yol təhlükəsizliyi yalnız texnologiya ilə deyil, həm də insanların düşüncə və yanaşması ilə formalaşır. Bu təşəbbüslə biz gənclərə öz ideyalarını paylaşmaq və şəhərlərin daha təhlükəsiz olmasına töhfə vermək imkanı yaradırıq”.

Proqram iştirakçılarına aşağıdakı imkanları təqdim edir:

1. ideyanı geniş auditoriya və potensial investorlar qarşısında təqdim etmək imkanı;

2. sahənin peşəkarlarından mentorluq və praktiki tövsiyələr;

3. seçilmiş layihələrin real tətbiq imkanlarının araşdırılması.

Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələdə təqdim olunan müraciətlər arasından ən perspektivli 10 ideya seçiləcək.  Bu komandalar 14 may tarixində Sea Breeze-də keçiriləcək təhlükəsizlik tədbirində öz layihələrini təqdim edəcəklər.

İkinci mərhələdə münsiflər heyəti tərəfindən ən yaxşı 5 layihə müəyyən ediləcək və bu komandalar Bolt Akademiya ilə birgə əməkdaşlıq çərçivəsində layihələrini daha da inkişaf etdirəcəklər.

Son mərhələdə isə seçilmiş iştirakçılar üçün fərdi mentorluq sessiyaları təşkil olunacaq və onların ideyalarının real layihələrə çevrilməsi imkanları nəzərdən keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 5 may 2026-cı il tarixinədək [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Aprel 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri