“Bolt” taksisində təhdid edilən xanım özünü maşından atdı VİDEO
Bakupost saytına istinadən Icma.az xəbər verir.
“Bolt” taksisi sifariş edən xanım sürücü tərəfindən təhdid edildiyini və qorxaraq özünü yüksək sürətlə hərəkət edən avtomobildən atdığını iddia edir.
Bakupost.az xəbər verir ki, xanım bu barədə sosial şəbəkədə video müraciət yayıb.
O bildirib ki, hadisə dünən gecə sığınacaqdan evə qayıdarkən sifariş etdiyi taksidə baş verib.
“Dünən gecə sığınacaqdan evə qayıdarkən taksi sifariş etdim. Maşında iki nəfər bəy var idi. Əyləşdim. Daha sonra sürücü gedişi ləğv etməyimi istədi, mən də etdim. Bilməzdim ki, başıma bunlar gələcək.Sürücü məndən gediş haqqının nə qədər yazıldığını soruşdu. Yazılan məbləği eşidəndə bununla razılaşmadı və aramızda mübahisə yarandı. Mənə hədə-qorxu gəlməyə başladı, qapıları bağladı. Mən çox qorxdum və maşın yüksək sürətlə hərəkət edərkən pəncərədən özümü atdım. Baş nahiyəmdən zərbələr almışam”, – deyə xanım bildirib.
Şikayətçi qeyd edib ki, özünü avtomobildən atdıqdan sonra sürücü onu yaralı vəziyyətdə hadisə yerində qoyaraq uzaqlaşıb. Onun şəxsi əşyaları isə avtomobildə qalıb.
O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdiyini də qeyd edib.
Gülsüm,
Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 Oktyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















