Icma.az
close
up
RU
Bolton: “Tramp məni dövlət tərəfindən qorunmadan

Bolton: “Tramp məni dövlət tərəfindən qorunmadan

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az bildirir ki, Bolton bu qərarın ABŞ-nin yeni prezidenti Donald Trampın sanksiyası əsasında verildiyini bildirib.
“Prezident Trampın ABŞ Məxfi Xidmətinin əvvəllər mənim təhlükəsizliyim üçün göstərdiyi xidmətinə son qoymaq qərarına gəlməsindən məyus oldum, amma təəccüblənmirəm. Halbuki, mənim həyatım üçün təhlükə bu gün də qalmaqdadır”, - Con Bolton “X” sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, son illərdə ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Gizli Xidmət ilk növbədə ölkənin ali rəhbərliyini və Amerika torpaqlarında yerləşən xarici liderləri qoruyur. Federal hüquq-mühafizə orqanı statusuna malik olan bu kəşfiyyat xidməti 2003-cü ilə qədər ABŞ-nin Maliyyə nazirliyinin tərkibində fəaliyyət göstərib. Bu onunla izah edilirdi ki, qurum 1865-ci ildə ABŞ milli valyutasının saxtalaşdırılmasına qarşı mübarizə məqsədilə yaradılıb, lakin sonradan onun funksiyaları xeyli genişlənib.
22 ştat Trampın əleyhinə çıxıb Tramp andiçmə günü ABŞ-nin onlarla keçmiş yüksək vəzifəli federal hökumət məmurlarına, o cümlədən son vaxtlar nazir və ya ona bərabər vəzifə tutanlara “Amerikada seçkilərə müdaxilə etdiklərinə və həssas məlumatların açıqlanmasına görə cəzaların tətbiq olunması haqqında” sərəncam imzalayıb. Bu sənədin şamil edildiyi 50 keçmiş məmur arasında dəfələrlə İrana qarşı hərbi güc tətbiq etməyə çağıran ən radikal Vaşinqton “qırğılarından” biri kimi tanınan Con Bolton da var.
Trampın ilk administrasiyası dövründə Con Bolton 2018-2019-cu illərdə Amerika liderinin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışıb. Aralarında kəskin fikir ayrılığı yarandıqdan sonra Tramp onu işdən çıxarıb. Keçmişdə Bolton başqa işlərlə yanaşı, ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini olub.
2021-ci ildə ona dövlət dərəfindən qorunma xidməti təqdim olunub. Amerika hakimiyyətinin iddiasına görə, İranın kəşfiyyat xidmətləri Boltona qarşı “ova” çıxıblar. ABŞ-nin Məxfi Xidməti, öz növbəsində, Con Boltonun son açıqlamasını şərh etməkdən boyun qaçırıb.
“Məxfi Xidmət bu məsələ ilə bağlı şərh vermək iqtidarında deyil”, - qurumun mətbuat xidmətindən bildiriblər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri