Icma.az
close
up
RU
Bomja oxşayır, amma milyarderdir: 5.3 milyard dolları var FOTO

Bomja oxşayır, amma milyarderdir: 5.3 milyard dolları var FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bir çox insan milyarderləri dəbdəbəli həyat tərzi və bahalı geyimlərlə təsəvvür edir. Lakin Twitter-in keçmiş CEO-su, milyarder Cek Dorsi (Jack Dorsey) bu stereotipi tamamilə dəyişir. Sadə və yoxsul görünüşü ilə diqqət çəkən Dorsey, sərvəti ilə yanaşı, minimalizmi və fərqli həyat tərzi ilə məşhurdur.

Cek Dorsi (Jack Dorsey) kimdir?

Vurğulanır ki, Cek Dorsi (Jack Dorsey), 2006-cı ildə Twitter-in həmtəsisçilərindən biri olaraq texnologiya dünyasında tanındı. O, sosial media platformasını qlobal səviyyəyə çatdıran əsas fiqurlardan biri olub. 2021-ci ildə Twitter-dən ayrıldıqdan sonra daha çox öz şəxsi layihələrinə və maraqlarına diqqət yetirməyə başladı.

Cek Dorsi həmçinin "Block" (əvvəlki adı Square) şirkətinin həmtəsisçisi və CEO-su kimi fəaliyyət göstərir. Bu şirkət rəqəmsal ödənişlər sahəsində innovativ həllər təqdim edərək Dorsinin sərvətinin əsas mənbəyinə çevrildi. Hazırda onun sərvəti təxminən 5.3 milyard dollar qiymətləndirilir.

Cek Dorsinin görünüşü, digər milyarderlərdən çox fərqlidir. O, tez-tez minimal tərzdə, rahat və diqqət çəkməyən geyimlərdə ictimaiyyət qarşısına çıxır. Təqdim etdiyimiz şəkildə onun üzərində sadə "Satoshi" yazılı köynək və rahat ayaqqabılar görmək mümkündür. Bu tərz, onun həyatında minimalizmi və sadəliyi ön plana çıxardığını göstərir.

Dorsi həmçinin meditasiya, yoqa və alternativ həyat tərzi ilə maraqlanır. O, tez-tez günlər boyu oruc saxladığını, meditasiya düşərgələrində iştirak etdiyini və səhər tezdən uzun məsafələrdə piyada gəzməyi sevdiyini qeyd edir.

Cek Dorsi, xüsusilə Bitcoin və digər kriptovalyutaların böyük dəstəkçisidir. O, Bitcoinin gələcəyin valyutası olacağına inanır və bu istiqamətdə mühüm addımlar atır. Dorsinin şirkəti "Block" rəqəmsal valyuta ödənişləri və blockchain texnologiyalarının inkişafına xüsusi diqqət yetirir.

Filosof milyarder

Dorsi yalnız biznes dünyasında deyil, həm də şəxsi dəyərləri ilə tanınır. O, həyat tərzində "maddiyyatdan çox mənəviyyat" prinsipini önə çəkir. Bir çox insan onu "filosof milyarder" adlandırır, çünki o, sadəcə sərvət toplamaqla deyil, dünyaya töhfə verməklə maraqlanır.

Cek Dorsinin həyatı göstərir ki, sərvət və uğur həmişə dəbdəbəli həyatla bağlı deyil. O, sadəliyi ilə insanlara fərqli bir baxış bucağı təqdim edir. Milyardlarla dollar sərvətə sahib olsa da, Dorsey-in minimalizm və sadəlik üzərində qurduğu həyat tərzi bir çox insan üçün ilham mənbəyidir. /Musavat.com 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri