“Bonus kartınız var?” Marketlər bunu niyə hər dəfə soruşur?
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Marketlərdə alış-veriş zamanı kassada müştərilərdən tez-tez bonus kartı təqdim etmələri istənilir. Bu kartlarla bəzi məhsullara endirim edilir, bonus və ya keşbek verilir.
AZXEBER.COM xəbər verir ki, bonus kartlarının məqsədi yalnız müştəriyə endirim vermək deyil. Marketlər bu kartlardan müştərilərin alış-veriş vərdişlərini öyrənmək üçün də istifadə edə bilirlər.
Məsələn, market müştərinin hansı məhsulları daha çox aldığını, nə qədər pul xərclədiyini və hansı məhsullara üstünlük verdiyini görə bilər. Bu məlumatlar marketə gələcək kampaniyaları və endirimləri planlamağa kömək edir.
Müştəri müəyyən məhsulu tez-tez alırsa, həmin məhsulla bağlı ona endirim təklif oluna bilər. Beləliklə, bonus kartı həm müştəriyə güzəşt verir, həm də marketə alıcını daha yaxşı tanımağa imkan yaradır.
Bonus sistemi müştərini eyni marketə yenidən getməyə də təşviq edir. Çünki toplanan bonuslar adətən həmin marketdə növbəti alış-veriş zamanı istifadə olunur.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 14 Avqust 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















